Kartof püresi

Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato)  — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır.

Kartof püresi
Aid olduğu milli mətbəxlər
İngilis mətbəxi
Amerikan mətbəxi
Mənşəyi
Tərkibi
Əsas
Təfərrüatları
Tipi Qarnir

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, südyağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir.

  • 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür)
  • 60 qrama yaxın kərə yağı
  • 0,5 (yarım) stəkan süd
  • 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar)
  • Duz
  • İstiot

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Kartofları yuyub orta ölçülü qazana yerləşdirin. Üstü örtülənədək su ilə doldurun, qaynadıb bişirin (kartoflar yumuşalana qədər, təqribən 30 dəqiqə). Suyunu süzüb isti-isti qabığını soyun. Eyni qazanda kartofları kartofəzənlə püre halına gətirin, kartof hələ istiykən yağı da elavə edin, əriyənə qədər qarışdırın. Bir az süd əlavə edib bir az da qarışdırın. Yağ və südün miqdarını zövqə görə dəyişə, artıra da bilərsiniz. Daha sonra qazana pendiri əlavə edib qazın üstündə orda odda pendir əriyənə qədər tez-tez qarışdırmaq şərti ilə bir neçə dəqiqə qızdırın. Zövqə görə duz və istiotunu əlavə edin və dərhal süfrəyə verin.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]