Kasaoka Nal Yengəci Muzeyi

Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan?)Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir.

Kasaoka Nal Yengəci Muzeyi
Xəritə
Açılış tarixi mart 1990
Mövzu Tachypleus tridentatus
Ölkə
Yerləşir Kasaoka[d]
34°28′38″ şm. e. 133°31′17″ ş. u.HGYO
city.kasaoka.okayama.jp/…
city.kasaoka.okayama.jp/…

Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır.[1] Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir. Muzeyin teatrında nal yengəclərinə həsr olunmuş videolar nümayiş etdirilir. Muzeydə nal yengəclərinin çoxaldılması və təbiətə buraxılması prosesi həyata keçirilir. Çoxaltma otağında süni çoxaltma prosesi və yengəc sürfələri nümayiş etdirilir.[2] Muzeyin nal yengəci formasında olan Kabuni adlı talismanı var.[3]

Muzeydə nal yengəcləri ilə yanaşı Mezozoy dövrünə aid realistik dinozavr maketləri və fosilləri də sərgilənir. Bu maketlərdən biri nal yengəcləri ilə qidalandığı güman olunan barioniksə aiddir. Muzeyin dinozavr parkında 7 dinozavr növünə aid 8 dinozavr maketi yerləşir. Realistik ölçülərdə olan bu maketlər akademik şəxslər tərəfindən dizayn edilmişdir.[2]

  1. "《笠岡市/笠岡市立カブトガニ博物館・恐竜公園》カブトガニの生息地、笠岡市が誇るユニークな博物館&迫力満点の恐竜パーク。古代生物の世界を楽しもう!". Webタウン情報おかやま (yapon). İstifadə tarixi: 2023-08-11.
  2. 1 2 3 "Kasaoka Horseshoe Crab Museum - 笠岡市ホームページ". www.city.kasaoka.okayama.jp. İstifadə tarixi: 2023-08-11.
  3. "ゆるキャラ「カブニ」くん - カブトガニ博物館 - 笠岡市ホームページ". www.city.kasaoka.okayama.jp. İstifadə tarixi: 2023-08-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]