Dinozavrlar

Dinozavrlar (lat. Dinosauria) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan kladı.

Dinozavrlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dinozavrlar Mezozoy erasında Yer kürəsində hakim olan və Trias dövrünün sonlarından başlayaraq Təbaşir dövrünün sonunadək 160 milyon il mövcud olmuş quruda yaşayan onurğalı heyvanlardır. İndiyə qədər yaşamış ən böyük dinozavr, uzunluğu 37 metrdən çox olan və 70 tona qədər çəkisi olan Pataqotitan idi.[1] Ən çox bilinən dinozavr isə Triannozavrdır və adı "tiran kərtənkələ kralı" mənasına gəlir.[2] Alimlər hesab edirlər ki, asteroidin düşməsi nəticəsində yaranan kütləvi yox olma hadisəsi təxminən 65 milyon il əvvəl dinozavrların əksəriyyətinin məhv olmasına səbəb olub.[3]

Təbaşir və Paleogen dövrlərinin sərhədində geoloji baxımdan qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olmuşdur.

Daşlaşmış dinozavr qalıqları bütün qitələrdə aşkar olunmuşdur. Hazırda paleontoloqlara 2 şərti qrupa — ətyeyənlərotyeyənlər — bölünən 500-dən artıq cins və 1000-dən artıq müxtəlif növ kələz məlumdur. Onların qalıqları hələ də kəşf olunur.

"Dinozavr" termini ingilis paleontoloqu Riçard Ouen tərəfindən 1842-ci ildə təklif edilmişdir. Dinozavrlar 160 milyon il ərzində bizim planetimizdə ən üstün canlılar idi. İndi bu nəhəng məxluqların bütün qalıqları sümüklərdir. Daşlaşmış qalıqlar göstərir ki, 65 milyon il əvvəl nə isə Yerin bütün ekosistemini məhv etmiş və dinozavrlar bütün başqa növlərin təxminən 50%i ilə birlikdə qəfildən qırılmışlar.

Dinozavrların təsnifatı

[redaktə | mənbəni redaktə et]
Kərtənkələ ombalı dinozavrlar (Saurischia)
Herrerasauridae Herrerasaurus Staurikosaurus
Theropoda
Coelophysoidea Coelophysis Liliensternus Dilophosaurus
Neotheropoda
Ceratosauria Ceratosaurus Majungasaurus Carnotaurus
Tetanurae
Megalosauroidea Spinosaurus Suchomimus Torvosaurus
Avetheropoda Allosaurus Tyrannosaurus Velociraptor
Sauropodomorpha
Prosauropoda Anchisaurus Plateosaurus Massospondylus
Sauropoda
Bazal Sauropodalar Mamenchisaurus Shunosaurus Omeisaurus
Neosauropoda
Diplodocoidea Diplodocus Apatosaurus Amargasaurus
Macronaria Brachiosaurus Camarasaurus Ampelosaurus
Quş ombalı dinozavrlar (Ornithischia)
Heterodontosauridae Heterodontosaurus Abrictosaurus
Genasauria Thyreophora
Bazal Thyreophoralar Scelidosaurus Scutellosaurus
Eurypoda
Stegosauria Stegosaurus Kentrosaurus Huayangosaurus
Ankylosauria Euoplocephalus Edmontonia Ankylosaurus
Cerapoda Marginocephalia
Pachycephalosauria Prenocephale Pachycephalosaurus Stegoceras
Ceratopsia Triceratops Protoceratops Torosaurus
Ornithopoda
Bazal Ornithopodlar Hypsilophodon Agilisaurus Leaellynasaura
Iguanodontia Iguanodon Edmontosaurus Parasaurolophus
  1. Magazine, Smithsonian; Fox, Alex. "Dinosaur Unearthed in Argentina Could Be Largest Land Animal Ever". Smithsonian Magazine (ingilis). İstifadə tarixi: 2024-06-28.
  2. "Meet Tyrannosaurus rex, King of the Tyrant Lizards". Science World. 2022-03-04. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  3. "What killed the dinosaurs?". www.nhm.ac.uk (ingilis). 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]