Katabiens rododendronu (lat. Rhododendron catawbiense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Katabiens rododendronu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Katabiens rododendronu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikanın şərq hissəsindən Virginiyadan Corciya, Tennesi və Alabamaya qədər yayılmışdır. Alleqant dağların yuxarı zolağında dəniz səviyyəsindən 2000 m hündürlükdə, xüsusilə Ketevbi çayının sahillərində rast gəlinir. Meşədə bitir və geniş kolluqlar əmələ gətirir.
Hündürlüyü 2-4 m-ə qədər, həmişəyaşıl, enli, şaxələnmiş koldur. Kolun diametri hündürlüyündən çoxdur. Yarpaqları ellisvarıdan uzunsov-ellipsvariyadək, ucu küt və ya biz, bünövrəsi yumru, uzunluğu 7-15 sm, eni 3-5 sm, üstü tünd-yaşıl, parlaq və çılpaqdır. 16 cüt damarcıqlı, hamar, alt tərəfi açıq rəngli, çılpaq, saplaqlarının uzunluğu 1,5-3,0 sm-dir. Cavan yarpaqları bir az tükcüklüdür. Çiçəkləri 15-20 ədəd olmaqla möhkəm çiçək qruplarında yerləşir, diametri 12-15 sm, enli-qıfşəkillidən zəngvariyədək olur. Çiçək saplaqlarının uzunluğu 2,5-3,5 sm, vəzicikli tükcüklərlə örtülmüşdür. Kasacığı qısa, 5 ədəd, üçkünc hissəlidir. Çiçək tacının diametri təxminən 6 sm, bənövşəyi, al-qırmızı, yaşılımtıl nöqtəli, 5 enli yumru hissəlidir. Erkəkcikləri 10 ədəd, saplaqları ağ, bünövrəsi sıx tükcüklüdür. Sütuncuğu çılpaqdır. Mayın axırında-iyunun əvvəlində çiçəkləyir. Toxum və qələmlə çoxaldılır.
Qışadavamlı, rütubətsevəndir.
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanda Bakı, Gəncə, Zaqatala, Lənkəranda və b. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.
Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.