Katarina Koşta (21 sentyabr 1996, Koimbra) — Portuqaliyanı təmsil edən cüdoçu.[1]
Katarina Koşta | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Katarina Kosta |
Vətəndaşlığı | Portuqaliya |
Doğum tarixi | |
Doğum yeri | Koimbra, Portuqaliya |
Boyu | 155 sm. (5 ft 1 in) |
İdman növü | Cüdo |
2022 və 2023-cü illərdə Avropa Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2024-cü il Avropa Çempionatını isə bürünc medalla başa vurub.
2021-ci ildə Yaponiyada baş tutan olimpiadada bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurub.
2024-cü ildə Portuqaliyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib.[1] 1/8 final mərhələsində Paraqvay nümayəndəsi Qabriela Narvaeza məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.[1]