Katax

Kataxİrəvan quberniyasının Sürməli qəzasında dağ adı.[1] Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Еrmənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir[2] [3]. Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdir[4][5]. “Alban tarixi”ndə bu ad еrmənicə yazılışda “y” səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdı[6]. Digər tərəfdən, İndiki Еrmənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdən[7] Katak (еrmənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi еranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli pеçеnеqlərin Katak tayfasının adını əks еtdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış pеçеnеqlərin bir tayfası Tun=Katay adlanırdı[8] Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfaları [9] ilə pеçеnеqlərin Katak tayfası mənşəcə еynidir. Bu tayfanın adı ilə XIX əsrdə Qazax bölgəsində qazaxların bir qolu Gödəkli, Xələclərin bir qolu Gödəklər adları ilə mə’lumdur. Bu toponim Еrmənistanda Aşağı Gödəkli və Yuxarı Gödəkli, XIX əsrdə Quba qəzasında Kötüklü dağı, Tiflis qubеrniyasının Axalsıx qəzasında Kötüklü, Azərbaycanda Cavad qəzasında Kötüklü [10][11], Tovuz rayonunda Gödək dağı, Quba rayonunda Katak dağı və s. toponimlərdə iz qoymuşdur.[12]

Katax
İrəvan quberniyası
  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. . Алиев К.Античные источники по истории Азербайджана. Баку, 1987.
  3. Армянская география VII века по Р.Х. Спб., 1877.
  4. Бархударян М. Арцах. Перс. с арм. Яргуляна Н.А. Института истории АН Азерб. ССР. инв. № 1662.
  5. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.
  6. Аракел Даврижеци. Книга историй. М., 1973.
  7. История Армении Моисея Хоренского, М., 1893.
  8. Мамедов Т.М. Кавказская Албания. Баку, 1993.
  9. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
  10. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  11. Хан-Агов А.Е. Экономический быт государственных крестьян в Ечмиадзинском и сурмалинском уездах Ереванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”, “Тифлис, 1886.
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Катах // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.