Katerina Karaqeorqieviç (serb. Катарина Карађорђевић; 13 noyabr 1943[1][2], Afina) — Yuqoslaviya şahzadəsi Aleksandrın həyat yoldaşı.[3]
Katerina Karaqeorqieviç | |
---|---|
Serbiya və Yuqoslaviya şahzadəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 noyabr 1943[1][2] (80 yaş) |
Doğum yeri | Afina, Yunanıstan Krallığı |
Təhsili |
|
Fəaliyyəti | əsilzadə |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Batisin (1916–2011) və Anna Dostinin (1922–2010) iki qızından biridir. Katerina Afinada və İsveçrənin Lozanna şəhərində təhsil almışdır. Daha sonra Denver Universitetində (Kolorado) və Dallas Universitetində biznes ixtisasına yiyələnmişdir.
Bir neçə il Amerika Birləşmiş Ştatlarında biznes sahəsində işləmişdir.
25 noyabr 1962-ci ildə Katerina Cek Volter Endryus (Jack Walter Andrews, 1933–2013) ilə evləndi.[4] Bu evlilikdən iki uşağı var: Devid və Alison. O, çoxlu səyahət etmiş, Avstraliyada və Afrikada yaşamışdır. Katerina və Cek Volter Endryus 7 dekabr 1984-cü ildə boşandı.
1984-cü ildə Vaşinqtonda ikinci həyat yoldaşı Şahzadə Aleksandr ilə tanış oldu. Onlar 20 sentyabr 1985-ci ildə Londonda rəsmi olaraq evləndilər. Dini nikah isə növbəti gün, 21 sentyabr 1985-ci ildə St Sava Sırp[nə?] Pravoslav Kilsəsi, Nottinq Hilldə baş tutdu.[5] Katerina Karaqeorqieviç, xüsusən də keçmiş Yuqoslaviyadakı münaqişədən sonra xeyriyyə fəaliyyəti ilə məşğul olmuşdur. Humanitar yardım sahəsində çalışır və Lifeline Humanitarian Organization, SOS–Appeal for Life və United Orthodox Aid daxil olmaqla müxtəlif humanitar təşkilatların könüllüsüdür.
Yalnız 1991-ci ildə, Karaqeorqieviç sülaləsinin üzvlərinə Yuqoslaviyaya daxil olmağa icazə verildi. 17 iyul 2001-ci ildə Serbiya müstəqillik əldə etdikdən sonra, Katerina, həyat yoldaşı və uşaqları Piter, Filip və İskəndər ilə birlikdə Belqradda Kral sarayında məskunlaşdı.[6]
Katerina yunan, ingilis, fransız, serb və bir az ispan dilində danışa bilir.