Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur.
Afina | |
---|---|
Αθήνα | |
37°59′03″ şm. e. 23°43′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | təq. e. ə. VII minillik |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 170 m |
İqlimi | Yarımsəhra, Aralıq dənizi zonası |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +30 210 |
Poçt indeksi | 104 xx-106 xx, 111 xx-118 xx, 121 xx-124 xx |
Nəqliyyat kodu | BK, BM, BN, BP, HY, IA, IB, IE, IK, IM, IO, IP, IT, IX, IY, IZ, OA, TT, XE, XH, XP, XT, XX, XY, XZ, YA, YB, YE, YH, YZ, ZH, ZK, ZM, ZZ |
Digər | |
cityofathens.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir.
Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar.
Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var.
Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir. Şəhərə ilin müxtəlif fəsillərində dünyanın hər yanından minlərlə insan gəlir.
Qədim dövrlərdən bu günədək önəmini itirməyən Afina mavi dənizi, tarixi gözəllikləri və mədəniyyətinin zəngin olması ilə insanların marağına səbəb olur. Üç tərəfi dağlarla əhatələnən şəhərdə tarixi və modern memarlıq harmoniya təşkil edir.
Təbii gözəliklərini tarixi zənglikliklərlə birləşdirən Afinada Neolit dövründən indiyədək yaşayış məskənləri mövcud olub. Şəhərin adı müharibə ilahəsi Afinanın adından götürülüb.
1834-cü ilədək Osmanlı İmperiyasının hakimiyyəti altında olan şəhər bu tarixdən sonra paytaxt olaraq qarşımıza çıxır və hazırda daha çox turizm dəyəri ilə önplandadır.
Hər mövsüm öz fərqliliyi ilə seçilən Afinada havalimanından şəhər mərkəzinə getmək üçün avtobus, metro ya da tramvaydan istifadə edə bilərsiniz.
Şəhərin ən yüksək nöqtələrindən birində yerləşən Akropolis gəzməli olduğunu yerlərdən ilki olmalıdır. Yunanca "Yuxarıda olan şəhər" mənasına gələn və qədim dövrlərdə insanların toplaşdığı məkan – Akropolis gecələr işıqlandırılma sisteminin fərqli olması ilə də diqqət çəkir.
Demokratiyanın yarandığı yer olaraq tanınan Akropolisdə dünyada ən böyük məbəd olan "Parthenon", hələ də bəzi mərasimlərin keçirildiyi "Herodes Atticus" Teatrı, "Dionysos" Teatrı, "Propylaia" və "Erekhtheion" məbədləri yerləşir.
Afinanın mərkəzi olan "Syntagma" Meydanı az da olsa, Nizami Küçəsini xatırladır. Burada yerləşən Parlament Binası da görüntüsü ilə göz oxşayır.
Turistlərin axın etdiyi məkanlardan biri də şəhərin mərkəzində yerləşən "Monastiraki" Meydanıdır.
Həmçinin, vaxt keçirə biləcəyiniz yerlərdən biri də Akropolisin yamaclarında yerləşən Anafiotika Bölgəsində mavi pəncərələri olan ağ evlərin olduğu küçələrdir.
Afina metro, tramvay və avtobus kimi şəhərdaxili nəqliyyat vasitələri ilə rahatlıqla gəzə biləcəyiniz yerlərdəndir. Müsair standartlara uyğun metro şəbəkəsi vasitəsilə şəhərin mərkəzindən bütün nöqtələrinə asanlıqla gedə bilərsiniz.
Akropolis illər keçməsinə baxmayaraq şəhərin ən köhnə nöqtəsi olaraq tanınır.
Gəzərkən Akropolisin tarixi nəfəsini hiss edə, döngələrində itə bilərsiniz.
Daş küçələrində canlı musiqi eşidib müsbət auralı bir gün keçirə, axşam gözəl bir şam yeməyi ilə şəhərin mənzərəsinin dadını çıxara bilərsiniz.
Ermou küçəsi şəhərin ən populyar yerləri arasındadır. Küçənin hər iki tərəfində sıra ilə düzülən evlər maraqlı memarlıq üslubu ilə görənləri heyran edir. "Syntagma" Meydanı ilə hüdudlanan Ermouda alış-veriş edə, yorulduğunuzda isə kafelərdən birində əyləşib, menyudan gözəl bir içki sifariş verə bilərsiniz.
Olduqca lüks mağazaların yan-yana düzüldüyü Kolonaki küçəsi alış-veriş etmək isətəyənlər üçün əsrarəngiz bir dayanacaqdır.
Həmçinin, bu bölgədə Müasir İncəsənət Muzeyi və Benaki Muzeyini ziyarət edə bilərsiniz. Neolit dövründən Roma dönəminə qədər geniş bir arxivə sahib olan Beynəlxalq Arxeoloji Muzeyi də turistlərin axın etdiyi yerlər arasındadır.
Afinada diqqətçəkən digər məqam isə mətbəxinin olduqca rəngli və dadlı olmasıdır.
Akropolisdə olarkən bunun fərqinə varacaqsınız. Çünki ovsunlayıcı bir mənzərəyə baxaraq yeni dəniz məhsullarından dada biləcəksiniz.
Zeytun yağı da bu mətbəxdə öz yerini qoruyur. Hər damağa xitab edən Yunanıstanın milli içkisi Uzo, pendirlə hazırlanan Yunan salatı, Dolmades və Caciki restoranlarda qarşınıza çıxan ləzzətlər arasında yer alır.
Afinada subtropik yarımsəhra iqlimi müşahidə olunur.Bəzən qışda havalar çox soyuq keçir və qar yağır. Yay çox isti və quru keçir. Aprel-noyabr dövründə havaların soyuq keçməsi istisna haldı.Ölkədə bəzən aylarla yağış yağmır. Aralıq dənizinin təsiri nəticəsində payız çox uzun keçir, yaz isə bir az sonra gəlir.
2001-ci ildə şəhərin nüfuzu 745514 idi.Hazırda isə 4.013.368 nəfərdir
1-ci Dünya Müharibəsindən sonra Afina həm daxili, həm də xarici ticarət mərkəzi oldu. Hal-hazırda ölkənin ən böyük sənaye şəhəri sayılır. Ən böyük sənaye sahələri pambıqtoxuma, içki, sabun, kimyəvi maddələr və xalçaçılıqdır. 1980-ci ildən bu yana hava kirliliyinin qarşısını almaq üçün böyük tədbirlər görülmüşdür. 2011-ci ildən daha da kritik vəziyyət almış iqtisadi böhran paytaxt Afinandan da yan keçməmişdir. Hal-hazırda bu şəhər müxtəlif siyasi və iqtisadi etiraz aksiyalarının mərkəzi halına gəlmişdir.