Katon-Karaqay Milli Parkı

Katon-Karaqay Milli Parkı (qaz. Катонқараға́й мемлекетті́к ұлтты́қ табиғи́ паркі́) ― Qazaxıstanın şərq sərhəddində, Cənubi Altay dağlarında yerləşən ölkənin ən böyük milli parkı. Park Qazaxıstan, Rusiya, Çin və Monqolustan sərhədlərinin birləşdiyi "X" in qərb tərəfini doldurur. Sibirdəki ən yüksək zirvə olan Beluxa dağı (4,506 metr (14,783 ft) Rusiya sərhədində, Katun silsiləsində yerləşir.[1] Park Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda, paytaxt Astananın 1 000 kilometr cənub-şərqində yerləşir.[2]

Katon-Karaqay Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 6.434,77 km²
Yaradılma tarixi 17 iyul 2001
Yerləşməsi
49°15′51″ şm. e. 86°26′45″ ş. u.HGYO
Ölkə
Yerləşməsi Şərqi Qazaxıstan vilayəti
Katon-Karaqay Milli Parkı xəritədə
Katon-Karaqay Milli Parkı
Katon-Karaqay Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 iyun 2001-ci ildə yaradılan park, 2011-ci ildə Rusiya ilə birlikdə "Altay" transmilli parkına daxil edilmişdir.[3] 2014-cü ildə ərazi UNESCO-nun İnsan və Biosfer proqramı tərəfindən "Katon-Karaqay Biosfer Qoruğu" na daxil edildi.[4]

Cənubi Altay dağlarının yamaclarında yerləşən bu park dağlıq və buzlaq ərazilərdən ibarətdir və yüksəkliyi 3,000 metr (9,800 ft)-dir. Park şimaldan Rusiyanın Altay Respublikası, cənub-şərqdən Çin, qərbdən Farpusnaya çayı, cənubdan isə Cənubi Altay dağları ilə həmsərhəddir. Parkın 34%-i meşəlik, qalan hissəsi dağ çəmənləri və ya qayalı yamaclar və buzlaqlardır. Buzlaqların yaratdığı xüsusiyyətlərin: nov şəklində vadilər, sirklər və morenlərinolduğu yamaclar dikdir.[1] Buzlaqlarla qidalanan çaylar dik yamaclarla axır və axın sürətləri güclüdür. Ərazidən 80 metr məsafədə yerləşən Kokkol şəlaləsi Altay dağlarının ən yüksək şəlaləsidir.[1]

Ekoloji bölgə

[redaktə | mənbəni redaktə et]

Park Altay alp çəmənliyi və tundrasında[5] və Altay çöl və yarı səhra[6] ekoloji bölgələrində yeləşir. Bu ekoloji bölgələr çöldən alp tundrasına qədər bütün yüksəklikdəki bitki örtüyü zonalarını nümayiş etdirirlər. Bu ekoloji bölgələr şimaldan Sibirlə cənubdan Orta Asiyanın soyuq səhraları arasındakı biogeoqrafik bölgədə olduqları üçün çox yüksək müxtəliflik nümayiş etdirirlər.

Ərazinin sərin yayı olan rütubətli kontinental iqlimdə yerləşir. Dağlıq ərazi və hündürlük zonaları yağıntıya təsir göstərir: aşağı yüksəkliklərə ildə orta hesabla 386 mm yağıntı düşür. Ərazinin orta temperaturu yanvar ayında −26 °C (−15 °F), iyul ayında isə 9.5 °C (49.1 °F) təşkil edir.[7][8]

Bitkilər və heyvanlar

[redaktə | mənbəni redaktə et]

Bitki örtüyü dörd ümumi hündürlük zonasında düzülmüşdür.

  • 2800 metr və daha yüksəkliklərdə olan nival zonasındakı qar sahələrinin və buzlaqların yarıqlarında və qayaların kənarlarında qar çiçəyi və Altay qaymaqçiçəyi kimi şibyə və alp bitkiləri yetişir.
  • Tundra dağ kəməri 2100–2800 metr yüksəklikləri əhatə edir. Burada Poa pratensisdoqquzdon daxil olmaqla daşlar, kollar və otlu tundrada yetişən yosun və şibyə növləri var.
  • Sub-alp meşəsi və dağ çəmən zonası 1200 metrdən 2300 metr yüksəkliyə qədər uzanır. Burada ən çox yayılmış ağaclar Sibir şamı, qara şam və tozağacıdır.
  • Dağ-meşə, çəmən-çöl zonası 1200 metrdən aşağıda yerləşir. Bu səviyyədə tozağacı və qara şam-aspen meşəsi və geniş yayılmış ot və kolluqlar var.
  • Dağ-meşə, çəmən-çöl zonası 1200 metrdən aşağıda yerləşir. Bu səviyyədə ağcaqayın və qara-şam-aspen meşəsi və geniş yayılmış ot və kolluqlar var.[1]

Alimlər parkda onurğalıların 363 növünü: 284 quş, 65 məməli, 6 sürünən, 2 amfibiya və 6 balıq növü qeydə almışdırlar.

Katon-Karaqay Milli Parkının yaxınlığındakı yaşayış məntəqələrində qonaq evləri var. Parkın 24%-i (1 512 km²) sərt təbiət qoruğu kimi, digər 76%-i (4 922 km²) isə istirahət, elmi tədqiqat və məhdud iqtisadi fəaliyyət üçün ixtisaslaşmışdır.[1]

  1. 1 2 3 4 5 "Katon-Karagay National Park". Official website of Katonkaragay. Katonkaragay District. 2016-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2017.
  2. "Katon-Karagay" (ingilis). UNESCO. 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2020.
  3. "About the park". Caton-Karagay SNP (Official Website). Caton-Karagay State National Park. 2017-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  4. "Katon-Karagay Biosphere Reserve". Man-and-Biosphere Reserve Program. UNESCO. 15 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2017.
  5. "Altai alpine meadow and tundra". WWF Ecoregions. World Wildlife Federation. 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  6. "Altai steppe and semi-desert". Ecoregions of the World. GlobalSpecies.org. 2016-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  7. M. Kottek; və b. "Koeppen" (PDF). World Map of the Koeppen-Gieger Climate Classification, Updated. Meteoroligische Zeitschrift, June 2006. 2010-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-01.
  8. "Climate - Altai". Protected Areas. GlobalSpecies.Org. 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]