Katsuko Saruhaşi (猿橋 勝子, Saruhashi Katsuko?, 22 mart 1920 – 29 sentyabr 2007) – Yaponiya geokimyaçısı. Dəniz suyunda karbon dioksidin səviyyəsini ölçən ilk yaponiyalı geokimyaçıdır və ilk qadın kimyaçıdır. O, dəniz suyu və atmosferdə radioaktiv təhlükəsinin yayılmasını sübut etmişdir.[1]
Katsuko Saruhaşi | |
---|---|
yap. 猿橋 勝子 | |
Doğum tarixi | |
Doğum yeri | Tokio, Yaponiya |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | ağciyər iltihabı |
Milliyyəti | yapon |
Elm sahəsi | geokimya |
Alma-mater |
İmperator Qadın Elm Kolleci Tokio Universiteti |
Təhsili |
|
Mükafatları |
Avon mükafatı (1981) Miyake mükafatı (1985) Tanaka mükafatı (1993) |
Saruhaşi 1920-ci il martın 22-də Tokio şəhərində anadan olub və 1943-cü ildə İmperator Qadın Elm Kollecini (Toho Universitetinin sələfi) bitirmişdir. Daha sonra Mərkəzi Meteoroloji Rəsədxanasına (daha sonra Yaponiya Meteorologiya Agentliyi) məxsus Meteoroloji Tədqiqatlar İnstitutuna daxil olmuş və orada Geokimyəvi Laboratoriyada çalışmışdır.[1]
1950-ci ildə o, dəniz suyunda CO2 səviyyəsini öyrənməyə başladı. O dövrdə sözügedən məsələ əhəmiyyətli hesab edilmirdi və Saruhaşi CO2 səviyyəsini ölçmək üçün öz üsullarını inkişaf etdirməli idi.[1]
1957-ci ildə o, Tokio Universitetində Kimya fakültəsində doktorluq qazanaraq bu sahədə ilk qadın olmuşdur.[1]
ABŞ 1954-cü ildə Bikini Atoll nüvə sınaqlarını həyata keçirdikdən sonra Yaponiya hökuməti dəniz suyunda və yağışda radioaktivliyi təhlil etmək və nəzarət etmək üçün Geokimyəvi Laboratoriyanı səlahiyyətləndirdi. Saruhaşi dəniz suyunda müşahidə olunan radioaktivliliyin Yaponiyaya çatmaq üçün bir il yarım vaxt lazım olacağını təsbit etdi. 1964-cü ilə qədər radioaktivliyin səviyyəsi, qərb və şərqdən gələn Sakit okean sularının tamamilə qarışdırdığını və 1969-cu ildə radioaktiv izlərin Sakit okeanda yayıldığını göstərdi. Bu, fəlakətin təsirlərinin yalnız tətbiq edilən sahədə deyil, bütün dünyada necə yayıldığını göstərən ilk tədqiqatdır.[1]
Daha sonra, 1970-80-ci illərdə, o, diqqətini turşu yağışları və onun təsirlərini öyrənməyə yönəltdi.[1]
Saruhaşi 29 sentyabr 2007-ci ildə Tokio şəhərindəki evində pnevmoniya üzündən həyatını itirdi. Onun 87 yaşı var idi.[1]