Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı.[5]
Katvan döyüşü | |||
---|---|---|---|
Tarix | 9 sentyabr 1141 | ||
Yeri | Katvan çölü, Səmərqənd yaxınlığı | ||
Nəticəsi | Qarakitayların qəti qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd[6] yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar.
Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır. Baş verən müharibədə Səlcuq ordusu ağır itkilər verərək geri çəkilmişdi. Sultan Səncər ilə Mahmud b. Məhəmməd Arslan Xan döyüş meydanından qaçmaq məcburiyyətində qalmışdırlar.[7]
Yaşanan ağır məğlubiyyətdən 1141-ci ildə Mahmud b. Məhəmməd Arslan Xanın yerinə qardaşı Tamgaç Buğra Xan III İbrahim adı ilə Qarakitaylardan asılı bir hökmdar kimi Qərbi Qaraxanlı hökmdarı olmuşdur. Bu məğlubiyyət Səlcuqları zəiflətmək ilə bərabər, həm də dağılma mərhələsinin başlanmasına səbəb olmuşdur. Bu məğlubiyyətdən cəsarətlənən Xarəzmşahlar və Qurilər Səlcuqlara qarşı üsyana başlamışdırlar.