Kaukura (fr. Kaukura) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Ranqiroa atolundan 55 km cənub-qərbdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.
Kaukura adası | |
---|---|
fr. Kaukura | |
Ümumi məlumatlar | |
Sahəsi | 11 km² |
Əhalisi | 542 nəfər (2007-ci il) |
Yerləşməsi | |
15°45′ c. e. 146°41′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 50 км, eni — 17 km, quru sahəsi isə 11 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 434 km²-dir.
İnzibati baxımından Arutua kommunasına daxildir.
2007-ci il məlumatına görə adada 542 nəfər yaşayır. Raitahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın şimmal-qərbində yerləşir.
Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti balıqçılıqdır.