Kavalkada (film, 1933)

Kavalkada (ing. Cavalcade) — rejissor Frenk Lloyd tərəfindən 1933-cü ildə çəkilmiş dram filmi. Filmin ssenarisi Noel Kauardın eyni adlı əsəri əsasında Recinald Berkli və Sonya Levien tərəfindən yazılmışdır.

Kavalkada
Cavalcade
Janr Dram
Rejissor Frenk Lloyd
Prodüserlər Frenk Lloyd
Uinfild Şihen
Əsərin müəllifi Noel Kauard
Ssenari müəllifləri Sonya Levien
Recinald Berkli
Baş rollarda Dayana Uinyard
Klayv Bruk
Una O'Konnor
Operator Ernest palmer
Bəstəkarlar Peter Brunelli
Luiss de Françesko
Artur Lanj
C. S. Zameknik
İstehsalçı Fox Film Corporation
Distribütor Netflix
İlk baxış tarixi 15 aprel 1933
Müddət 110 dəqiqə
Büdcə $1,180,280
Gəlir $3.5 milyon[1]
Ölkə ABŞ
Dil ingilis
İl 1933
Rəng Ağ-qara
IMDb ID0023876
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmdə London sakinləri Ceyn və Robert Marryotun gözündə ingilis tarixinin 1899-cu ilin Yeni İl ərəfisindən, 1933-cü ilin sonuna kimi olan dövrü nümayiş olunur. Arxa fonda isə İkinci Bur müharibəsi, Kraliça Viktoriyanın vəfatı, Titanik faciəsi və Birinci Dünya Müharibəsi kimi tarixi hadisələr cərəyan edir.

Fox Movietone operatorları əsərin film adaptasiyası üçün bələdçi qismində Londona gedərək orada çəkilişlər aparmışdır. Film 1933-cü ilin 5 yanavrında Nyu-York şəhərində premyerası olsa da, aprelin 15-ə kimi kinoteatrda nümayiş olunmamışdır.

  • Dayana Uinyard — Ceyn Marryot
  • Klayv Bruk — Robert Marryot
  • Una O'Konnor — Ellen Brics
  • Herbert Mandin — Alfred Brics
  • Marqaret Lindsey — Edit Harris
  • Bonita Qrendvill — cavan Fanni

Kavalkada 1933-cü ildə ABŞ-də ən populyar ikinci film ünvanını qazanmışdır.[2] Kinoteatr nümayişləri zamanı film £2,500,000 gəlir əldə etmişdir.[3]

Kavalkada ən yaxşı film, Frenk Lloyd [[Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı |ən yaxşı rejissor]] və Uilyam S. Darliq ən yaxşı art-direktor nominasiyasında Oskar mükafatını qazanmışdır.[4] Dayana Uindyard namizəd ən yaxşı aktrisa nominasiyasında namizəd olsa da, Sabahınız xeyir filmində oynamış Ketrin Hepbernə uduzmuşdur.

Kavalkada həmçinin ən yaxşı film nominasiyasında Foks Film Kooperasiyasına Oskar mükafatı qazandıran yeganə film olmuşdur. 1935-ci ildə isə 20th Century PicturesFox Film Corporation birləşərək 20th Century Fox adı altında fəaliyyət göstərmişdir.

DVD və Blu-ray buraxılışları

[redaktə | mənbəni redaktə et]

24 yanvar, 2012-ci il tarixində Qanadlar filmi ilə bərabər DVD və Blu-rey formatında satışa çıxarılmışdır. Bundan əvvəl isə, 2010-cu ilin 7 dekabrında üçcildlik "Twentieth Century Fox 75th Anniversary Collection" tərkibində buraxılmışır.[5]

  • Qlensi, H. Mark.Hollivud Britaniyanı sevəndə: Hollivud 'Britaniya' Film 1939-1945. Mançester Universiteti mətbuatı, 1999.
  1. "WHICH CINEMA FILMS HAVE EARNED THE MOST MONEY SINCE 1914?". The Argus (Melbourne, Vic. : 1848 — 1956). Melbourne, Vic.: National Library of Australia. 4 March 1944. səh. 3 Supplement: The Argus Weekend magazine. 18 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2012.
  2. 'Actual Receipts at the Wickets Now Decide "Box-Office Champions of 1933": Seven Ratings Entail Listing Thirteen Films Vary From Ten Voted Best; Robson Vice Barrymore; About Showshops.' The Washington Post (1923-1954) [Washington, D.C] 06 Feb 1934: 14.
  3. "COLOSSAL FIGURES". Sunday Times (Perth, WA : 1902 — 1954). Perth, WA: National Library of Australia. 24 December 1933. səh. 15 Section: First Section. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2013.
  4. "NY Times: Cavalcade". NY Times. 2012-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-07.
  5. "Fox 75th Anniversary Collection". Amazon.com. İstifadə tarixi: 2013-03-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]