Kavaquçi gölü

Kavaquçi gölü (河口湖, Kawaguchi-ko?)Yaponiyanın Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda, Fucikavaquçiko ilə Minobu qəsəbələrinin sərhədində yerləşən göl. Beş Fuci gölünün içərisində sahəsinə görə ikinci, dəniz səviyyəsindən yüksəkliyinə görə sonuncudur. Dəniz səviyyəsindən 833 metr yüksəklində yerləşdiyindən yayları sərin, qışı soyuq keçir. Sahil xəttinin uzunluğu Beş Fuci gölü arasında ən uzundur.[1]

Kavaquçi gölü
yap. 河口湖
Yuxarıdan görünüşü.
Yuxarıdan görünüşü.
Ümumi məlumatlar
Mütləq hündürlüyü 833 m
Sahil uzunluğu 19.080 km
Sahəsi 6,13 km²
Həcmi 0,084 km³
Dərin yeri 15,2 m
Yerləşməsi
35°30′54″ şm. e. 138°45′24″ ş. u.HGYO
Ölkə  Yaponiya
Əyalət
  • Yamanaşi prefekturası
Kavaquçi gölü xəritədə
Kavaquçi gölü
Kavaquçi gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün yaxınlığında Fuci-Hakone-İzu Milli Parkı yerləşir.[2]

Göldən axan hansısa çay yoxdur. Ətrafındakı yaşayış məntəqələri 1914-cü ildə tamamlanan kanala qədər problem təşkil edirdi. Kanal gölü Saqami çayının qolu ilə əlaqələndirir.

Digər Beş Fuci gölü kimi Kavaquçi gölü də populyar turizm məkanıdır. Gölün yaxınlığında otellər, düşərgələr və gəzinti qayıqları var. Göldə yaşayan əsas balıq növləri Yaponiya karpıvakasaqidir. Göldə balıqçılıq idmanı populyardır. Cəlb etdiyi turist sayına və turizm infrastrukturunun inkişafına görə Beş Fuci gölü arasında birincidir. Alpinizm mövsümündə (iyulavqust ayları) Fuci dağına dırmaşmaq istəyənlər səyahətlərinə buradan başlayırlar.

Göl 2013-cü ildə Fucisan Mədəniyyət Yerinin bir hissəsi Ümumdünya irsi siyahısına salınmışdır.[3]

  1. "Yamanashi Sightseeing Net". yamanashi-kankou.jp. 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-25.
  2. "uji-Hakone-Izu National Park". Yaponiya Ətraf Mühit Nazirliyi (yaponca). 2012-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2017.
  3. "Fujisan, sacred place and source of artistic inspiration: Maps". World Heritage. UNESCO. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]