Motosu gölü (本栖湖, Motosu-ko?) — Beş Fuci gölünün ən qərbində yerləşən göl. Yaponiyada, Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda yerləşir.
Motosu gölü | |
---|---|
yap. 本栖湖 | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 900 m |
Sahil uzunluğu | 11,82 km |
Sahəsi | 4,7 km² |
Həcmi | 0,316 km³ |
Dərin yeri | 121,6 m |
Orta dərinliyi | 63,7 m |
Yerləşməsi | |
35°27′50″ şm. e. 138°38′08″ ş. u. | |
Ölkə | Yaponiya |
Əyalət |
|
Rayonlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsinə Beş Fuci gölü arasında 3-cü ən böyük, dərinliyinə görə ən dərin göldür. Ən dərin yeri 121,6 metr təşkil edir. Bu göstəriciyə görə Yaponiyanın ən dərin doqquzuncu gölüdür.[1] Dəniz səviyyəsindən hündürlüyü qonşuluğundakı Şoci və Say gölləri ilə eynidir: 900 metr. Bu isə bu göllərin əvvəllərin tək göl olduğunu və gölün Fuci dağından gələn böyük lava axını nəticəsində parçalandığını təsdiq edir.[2] Lava axınının qalıqları Aokiqahara meşəsinin altındadır və bu, bu üç gölün yeraltı sular vasitəsilə əlaqələndiyini göstərir.
Göl Fuci-Hakone-İzu Milli Parkında yerləşir.[3]
Digər Fuci göllərində olduğu kimi Motosu gölünün də ətrafında otellər, kurortlar, düşərgələr və hamamlar yerləşir. Göldə al-əlvan qızılxallı və kumja yaşayır və göldə balıqçılıq populyardır. Lakin son illərdə göldəki insan fəaliyyətləri gölün təmizliyinə zərər verir və bu, böyük problemə səbəb olur.
Gölün Fuci dağı ilə mənzərəsi 5000 yapon yeninin D seriyasında və 1000 yapon yeninin E seriyasında təsvir olunmuşdu.