Kavaratti


KavarattiHindistanda ada və şəhər, Lakşadvip ərazisinin inzibati mərkəzi.

Şəhər
Kavaratti
malaya. കവരത്തി
10°34′00″ şm. e. 72°38′20″ ş. u.HGYO
Ölkə  Hindistan
Region Lakdaşvip
Rayon [[Lakkadiv adaları]]
Tarixi və coğrafiyası
Sahəsi 3.93 km²
Mərkəzin hündürlüyü m
İqlimi tropik
Saat qurşağı UTC+05:30
Əhalisi
Əhalisi 11,473 nəfər (2014)
Sıxlığı 2,920 nəf./km²
Milli tərkibi Malayali, maldiv
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 4896
Poçt indeksi 682555[1]
Nəqliyyat kodu IN-LD-05
Digər
lakshadweep.nic.in/kavaratti.html  (ing.)
Xəritəni göstər/gizlə
Kavaratti xəritədə
Kavaratti
Kavaratti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kavaratti Lakkadiv adaları rayonunda yerləşir. Sahəsi – 3.93 km2 (1.52 kv. mil). Adanın ən yüksək nöqtəsinin hündürlüyü – 1 metr (3.3 ft). Ada Kerala ştatının sahilindən 360 kilometr (190 nmi) uzaqlıqdadır.

Kavarattiyə ən yaxın yer əhalisi olmayan Pitti adacığıdır və Kavarittinin 24 kilometr (13 nmi) şimalında yerləşir. Adaya ən yaxın yaşayış məntəqəsi AqattiSuheli-Par adalarıdır. Aqatti adanın 54 kilometr (29 nmi) şimal-qərbində, Suheli-Par isə 53 kilometr (29 nmi) cənub-qərbində yerləşir.[2]

Kavarattiyə Hindistanın kontinental ərazisindəki ən yaxın şəhər Koçindir və adadan 404 kilometr (218 nmi) uzaqdır. Adada sahəsi 8.96 km2 (3.46 kv. mil) olan bir laqun var.

2014-cü ildə keçirilən Hindistan əhali siyahıyaalmasına əsasən adanın 11,473 nəfərlik bir əhalisi var.[3] Əhalinin 55%-i kişilərdən, 45%-i isə qadınlardan ibarətdir. Onların demək olar ki, hamısı müsəlmandır. Ada əhalisinin əksəriyyəti malayalam, Maldivingilis dillərində danışır.[4]

Kavarattidə bir liman var, lakin iqtisadiyyatda əsas pay, bütün Lakşadvipdə olduğu kimi, turizmə düşür. Yaz aylarında temperatur 32 dərəcədən yuxarı qalxmır. Adada ətraf mühit problemlərinin olmaması turistləri cəlb edir.[5]

Kavarattiyə ən yaxın daxili hava limanı Aqatti adasında yerləşir. Adaya ən yaxın beynəlxalq hava limanı Koçin Beynəlxalq Hava Limanıdır.[3]

  1. Details of Post Office BITHRA, LAKSHADWEEP.
  2. "Kavaratti". Falling Rain Genomics, Inc. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
  3. 1 2 "Kavaratti Island" (PDF). Union Territory of Lakshdweep. 2012-05-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
  4. "Kavaratti". India Guide. 2014-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
  5. "Kavaratti Islands, Lakshadweep". Must See India. 2012-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]