Lakkadiv adaları (ing. Laccadive Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. 27 atolldan ibarətdir. Maksimal hündürlüyü 4 metrdir. Lakşadvilin inzibati mərkəzi Kavaratti şəhəridir[1] və eyni adlı atollda yerləşir.
Lakkadiv adaları | |
---|---|
ing. Laccadive Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 27 |
Ən böyük adası | Andrott adası |
Ümumi sahəsi | 18,65 km² |
Hündür nöqtəsi | 4 m |
Əhalisi | 32.229 nəfər (2001-ci il) |
Yerləşməsi | |
10°33′00″ şm. e. 72°40′00″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lakkadiv adaları 18,65 km² ərtazini əhatə edir. Adalarda 32 229 nəfər yaşayır (2001). Arxipelaq dörd iri (Kavaratti — 4,22 km², Andrott — 4,84 km², Aqatti — 3,84 km² və Kalpeni — 2,79 km²) və bir necə kiçik adadan ibarətdir. Amindivi adalarından cənubda yerləşir və ondan Doqquzuncu Dərəcə boğazı ilə ayrılır.
Arxipelaqın ən böyük adası Andrott turistlərin girişi üçün bağlıdır. Bununla yanağı burada Banqaram və Aqatti adaları kiçik dayazlıqlq bir birinə birləşir. Turistlər arasında məşhurdur.
Turizmdən əlavə adalarımn əsas gəlir mənbəyi kokos palması və balıqçılıqdır.