Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü[1][2] — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur.[3] Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir.[4]
Kavkazskiy Uzel | |
---|---|
Ölkə | |
Baş redaktoru |
|
Təsis edilib | 2001 |
Dili | rus dili, ingilis dili |
Baş qərargahi | |
Veb-saytı |
kavkaz-uzel.media eng.kavkaz-uzel.eu |
2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb.[5] Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir.[6][7] 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi.[7]
Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.[3][7] Qriqori Şvedov Moskvadan, digər müxbirlərin əksəriyyəti (təxminən əlli nəfər) Çeçenistan, Dağıstan və Azərbaycan daxil olmaqla Qafqazdan fəaliyyət göstərir. Jurnalistlər virtual ofisdə Google proqramları vasitəsilə əlaqə saxlayırlar. Bəzi müxbirlər təhlükəsizlik səbəbilə öz adlarından istifadə etmirlər.[7]
Rusiyalı hüquq müdafiəçisi və jurnalist Natalya Estemirova 2009-cu ildə Çeçenistanda qətlə yetirilməzdən əvvəl Kavkazskiy Uzel-də işləyib.[8]
Saytın digər jurnalisti Bella Ksalova 2010-cu il iyulun 25-də Çerkessk şəhərində Arsen Abayxanov tərəfindən güllələnib.[9]
Həftəlik "Novoe Delo" qəzetinin redaktor müavini və eyni zamanda Kavkazskiy Uzel yazarı olan Əhmədnəbi Əhmədnəbiyev 2013-cü ildə Mahaçqalada güllələnərək öldürülüb.[10][11]
2016-cı il aprelin 16-da saytın müxbiri Jalaudi Geriyev naməlum təhlükəsizlik qüvvələri tərəfindən qaçırılıb. O, Çeçenistanda hakimiyyətə qarşı işləməkdə günahlandırılıb və qanunsuz daşınma və külli miqdarda narkotik saxlamaq ittihamı ilə üç il həbs cəzasına məhkum edilib.[12][13]
Kavkazskiy Uzel 2007-ci ildə Almaniyanın ZEIT-Stiftung xeyriyyə təşkilatı və Norveçin Fritt Ord azad söz təşkilatı tərəfindən birgə verilən "Şərqi Avropanın Azad Mətbuat Mükafatı"na layiq görülüb.[14][15]
2009-cu ildə peşəkar ictimaiyyətin maraqlarını müdafiə etdiyinə görə Rusiya Jurnalistlər İttifaqının mükafatına layiq görülüb.[16]
Redaktor 2012-ci ildə Memorial və Kavkazskiy Uzel ilə işinə görə Hollandiyanın Geuzenpenning mükafatına layiq görülüb.[3]