Kaxovka su anbarı

Kaxovka su anbarı
ukr. Каховське водосховище
Su anbarının sahilindən keçən dəmir yol xətti 47°30′ şm. e. 34°06′ ş. u.HGYO
Su anbarının sahilindən keçən dəmir yol xətti
47°30′ şm. e. 34°06′ ş. u.HGYO
Ölkə  Ukrayna
Uzunluğu230 000 m
Eni9,3 m
Sahəsi2 155 000 m²
Həcmi18 180 000 000 m³
Dərin yeri24 m
Orta dərinliyi8,5 000 m
Tökülən çayDnepr
Axan çayDnepr
BəndiKaxovka SES
Dolma ili1.955−1.958
06 iyun 2023-cü il
Kaxovka su anbarı (Ukrayna)

Kaxovka su anbarı (ukr. Каховське водосховище) — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, ZaporojiyaDnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır.[1][2]

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir.

Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir. Suyun minerallaşması 253—433 mq/dm³ arasında dəyişir.

Balıqçılıq, gəmiçilik, idman və turizm məqsədi ilə istifadə olunan Kaxovka su anbarında Nikopol liman şəhəri inşa edilmişdir.

Dağıdılması

[redaktə | mənbəni redaktə et]
Kaxovka su anbarının dağıdılmasının Sentinel-2 sputnikindən görüntüləri

Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı, gecə 06 iyun 2023-cü ildə Kaxovka su anbarı və Kaxovka SES rus hərbiçiləri tərəfindən dağıdıldı.[3] Su anbarı müharibənin ilk günlərindən onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır.[4] Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir.

  1. "Разрушение Каховской ГЭС: что происходит, версии случившегося и последствия для Украины". BBC News Русская служба (rus). 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  2. News, A. B. C. "At least 9 dead in Kakhovka dam collapse in Ukraine, officials say". ABC News (ingilis). 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  3. "Nova Kakhovka residents heard explosions before flooding of Kakhovka HPP: Here's what we know about the destruction of the dam on the Dnipro". The Insider (rus). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  4. The New York Times. "Internal Blast Probably Breached Ukraine Dam, Experts Say (Cautiously)". 06/06/2023. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.