Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977[1], Tallin, Estoniya Sovet Sosialist Respublikası[2]) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü.
Kaya Kallas | |
---|---|
est. Kaja Kallas | |
Doğum tarixi | 18 iyun 1977[1] (47 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, business undergraduate |
kajakallas.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır.
1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır. 2007-ci ildə Estoniya Biznes Məktəbinə daxil olur, burada 2010-cu ildə İqtisadiyyat üzrə bir EMBA (İş İdarəetmə Magistri) alır[3].
Kaya Kallas eston, ingilis, rus, fin ve fransız dillərini bilir.
2010-cu ildə Kallas Estoniya Reform Partiyasına qatılır və 2011-ci ildə 7157 səs alaraq Estoniya parlamentinə seçilir[4]. XII çağırış Estoniya parlamentində (2011-2014) iqtisadi məsələlər komitəsinə rəhbərlik edir.
2014 seçkilərində Avropa Parlamentinə namizəd olan Kallas 21.498 səs alır[5]. Avropa Parlamentində Kallas Sənaye, Tədqiqat və Enerji Komitəsinin üzvü və Daxili Bazar və İstehlakçı Qoruma Komitəsinin ehtiyat üzvü olur. Aİ-Ukrayna Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin sədr müavini, eyni zamanda Avronest Parlament Assambleyasındakı və ABŞ ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü olur. Bundan əlavə Kallas Avropa Parlamentinin Rəqəmsal Gündəm üzrə İdarələrarası Qrupunun üzvü və Gənclər Qrupunun sədr müavini olaraq çalışır. Juri Ratas hökumətinin istefasından sonra 2021-ci ilin yanvar ayında, Estoniya Prezidenti Kersti Kalülayd yenidən Reform Partiyasının lideri Kaya Kallasa yeni bir hökumətin qurulmasına başlamağı təklif edir. 14 yanvarda prezident, 2019-cu ilin mart ayında keçirilən seçkilərdə parlamentdə ən çox yer qazanan Reform Partiyasının öndərliyində Kallasın baş nazir namizədi təyin edilməsi barədə qərarı imzalayır. 25 yanvar 2021-ci ildə Kallas Riiqikoqu üzvlərindən 70 səs alaraq bir hökumət qurulması üçün parlament dəstəyini alır.
26 yanvar 2021-ci ildə Estoniyanın ilk qadın baş naziri olur[6][7]. Kallas hökumətindəki 14 nazirdən 7-si qadındır ki, bu da Estoniya üçün bir rekorddur. Estoniya Prezidenti Kersti Kalülayd da bir qadın olduğu üçün diqqət çəkir[8].
2002-2006-cı illərdə Estoniya Dənizçilik Akademiyasının əməkdaşı Roomet Leyqer ilə evli olur. 2003-2005-ci illərdə Estoniyanın Maliyyə Naziri olan Taavi Veskimyaqi ilə 2011-2014-cü illərdə münasibətdə olur. 2011-ci ildə Sten adlı bir oğlu dünyaya gəlir. 2018-ci ilin sentyabr ayında bankir Arvo Halliklə evlənir.
Kaya idmanı sevir (xizək, qolf). 2006-cı ildən Estoniyada qolf klubunun üzvüdür.