Kayasula — Rusiyanın Stavropol Vilayəti, Neftekum rayonu ərazisinə daxil olan kənd.
Kayasula | |
---|---|
44°19′16″ şm. e. 44°59′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 356897 |
Kayasula sözü türk dilindən tərcümədə «„qoyunun suvarılan yeri“ („koy“ — qoyun, və „sula“ — su) , „sulu qaya“ („kaya“ — qaya, „sula“ — su) və ya „koy asıll“ — „səsli qoyun“» mənasını verir. Digər versiyaya görə isə kəndin adı zəngin bir türkmən olan Koy Asullanın adı ilə bağlıdır. Aulu onun saldığı ehtimal edilir.
Tarixdə Kayasulu, Koyasulu adları ilə toponimlərə rastlanılır.
Kənd Noqay çölünün qərbində, Stavropol diyarının cənub-şərqində yerləşir. Kayasuladan cənub-qərbdə Zunkar gölü yerləşir.
Stavropoldan olan məsafə: 311 km.
Neftekumskdan olan məsafə: 67 km.
Yaşayış məntəqəsi 1909-cu ildə, noqay aularının qışlama ərazisində meydana gəlmişdir. Bəzi məlumatlarda isə kəndin köçəri Koyassıl aulunun sakinləri tərəfindən salınmışdır. İlk əvvəllər yaşayış məntəqəsi Kazıxan aulu[4] adını daşıyırdı.
1 yanvar 1927-ci il məlumatına görə Koyasulada 356 ev vardı. Ümumi olaraq kənd əhalisinin sayı 1415 nəfər idi (756 kişi и 659 qadın). Onlardan 908 nəfəri noqaylar, 507 nəfəri isə ruslar olmuşdur. 1 oktyabr 1929-cu il məlumatında isə kənddə məktəbin olması qeyd edilir. O zamanlar kənd dağıstan MSSR, Açikulak rayonu, Kayasula kənd inzibati vahidliyinin mərkəzi idi. Kayasuladan başqa kənd sovetliyinə 2 aulda daxil idi — Meqşin-Kuyu və Üç-Tyube.
1935 - 1958-ci illərdə Kayasula aulu Kayasula rayonunun mərkəzi olmuşdur[5].
1948-ci ildə Kayasula aulu kənd statusu alır[6].
1 may 2007-ci ilə qədər Stavropol diyarının Neftekumski rayonunun Kayasula Kənd İnzibati vahidliyinin mərkəzi olmuşdur[7].
Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[8]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
noqaylar | 3 525 | 70,44 % |
ruslar | 740 | 14,79 % |
darginlər | 194 | 3,88 % |
koreyalılar | 99 | 1,98 % |
ermənilər | 97 | 1,94 % |
tatarlar | 69 | 1,38 % |
digərləri | 231 | 4,62 % |
bildirməyənlər | 49 | 0,98 % |
ümumi | 5 004 | 100,00 % |
Xəstəxana. 1995-ci ildə inşa edilmişdir[9]
Sosial-mədəni dərnək[10]
Kitabxana. 27 may 1946-cı ildə istifadəyə verilmişdir[11]
Kəndin sərhədləri daxilində 5 qəbiristanlıq var[12].
№ 16 «Teremok» uşaq bağçası. 27 iyul 1976-cı ildə aşılmışdır.
№ 17 «Petuşok» uşaq başçası[13]
№ 16 orta ümümtəhsil məktəbi[14]