Kazım Əbdülakim — əslən Krım tatarı olmuş və rumın ordusunda xidmət etmişdir. Müharibə qəhrəmanı olan Kazım 1917-ci ilin yayında I Dünya müharibəsini gedişatı zamanı baş vermiş Maraşeşti döyüşü zamanı həyatını itirmişdir.[1] Səlim Əbdülakimin qardaşı olub.[1][2]
Kazım Əbdülakim | |
---|---|
Kiazim Abdulakim | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Köstence, Rumıniya |
Vəfat tarixi | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rumıniya Quru Qoşunları[d] |
Qoşun növü | Piyada |
Rütbəsi | Leytenant |
Döyüşlər | I Dünya müharibəsi |
Leytenant Kazım Əbdülakim hüquqşünas və Rumıniyadakı tatarlrın hüquqlarını müdafiəçisi olan Səlim Əbdülakimin qardaşı olmuşdur. Səlim Rumıniyadakı Krım tatarlarının aparıcı siyasi şəxsi və Kosntansa bələdiyyəsi rəhbərinin müavini və rumın parlamentinin üzvü olmuşdur. Kazımın bacısı Şəfiqə Krım tatarı olan məşhur şair Mehmet Niyazinin həyat yoldaşı olub.[1][3]
Həddindən artıq vəzifəsinə sadiqliyinə və öz tapşırığını yerinə yetirmək üçün özünü qurban verdiyi üçün Dobrucada Leytenant Kazım Əbdülakim Mədəniyyət və İdman Assosiasiyası yaradılmış və Kosntansanın aşağı tərəfindəki küçə Kazımın şərəfinə adlandırılmışdır.[4][5]