Refiyik Qadir (1879, Konstansa – 20 dekabr 1929, Dobriç[d], Rumıniya Krallığı[d]) — Krım tatarı əsilli Rumıniya ordusunun zabiti. Refiyik çox tanınmış xalq müğənnisi olan Qədriyyə Nurmambetin atası olan Əhmət Nurmambetin dayısıdır. Əhməd Nurmambet də həmçinin, rumın ordusunda vuruşmuşdur.[1][2]
Refiyik Qadir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1929 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rumıniya Quru Qoşunları[d] |
Qoşun növü | piyada |
Hərbi hissə | Qırxıncı Piyada Alayının komandanı |
Rütbəsi | polkovnik |
Döyüşlər |
Refiyik 1878-ci ildə o dövrkü adı ilə Konstansada anadan olmuşdur. Konstansada türk ibtidai məktəbində təhsil aldıqdan sonra İaşidəki hərbi orta məktəbə qatılmışdır. Hərbi təhsilini tamamladıqdan sonra leytenant rütbəsi ilə hərbi karyerasına başlamış və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Rütbəsinin qaldırılmasının əsas səbəblərində biri Birinci Dünya müharibəsindəki əldə etdiyi uğurlarıdır.
Refiyik Birinci Dünya müharibəsində döyüşmüş və əsir düşmüşdür. Müharibə bitdikdən sonra azad edilmiş və Kişinyovda, Çernivtsidəki qarnizonlarda xidmət etmişdir. Daha sonra Dobrucaya geri dönmüş və qarnizonu Bazargicdə yerləşən Qırxıncı "Kalugareni" Piyada Alayının komandanı olmuşdur. Qırxıncı "Kalugareni" Piyada Alayının komandanı olduğu dönəm bir çox uğurlar əldə etmişdir. Yardımsevər olan Refiyik Qadir hərbi illərində də bundan əsla geri qalmamışdır. O, müharibənin ən qızğın vaxtlarında belə komandanlıq etdiyi qırxıncı "Kalugareni" piyada alayının əsgərlərinə kömək edirdi. Komandan olmağına baxmayaraq Birinci Dünya müharibəsindəki döyüşlərə həmişə ön sıralarda, yəni, öz əsgərlərində qabaqda gedirdi. Refiyik Qadir həmişə yardımsevərliyini və cəsurluğunu qorumuşdur. Refiyik Qadiri hələ də öz vətənində yadetməkdədirlər.
Refiyik senator Səlim Əbdüləkim və Nikolae Yorqanın dostu olmuşdur.
Polkovnik Refiyik Qadir 20 dekabr 1929-cu ildə vəfat etmişdir. Onun məzarı Bazargicdəki Qəhrəmanlar məzarlığındadır.
Rumıniya tatarlarından olan Refiyikin nəslindən bir neçə məşhur şəxs çıxmışdır. O, tanınmış hərbçi Əhməd Nurmambetin dayısı olmuş və onu uşaqlıqdan hərbi karyeraya qurmağa yönəltmişdir. Əhmət Nurmambet isə tanınmış xalq musiqisi ifaçısı, "Dobruca bülbülü" ləqəbli Qədriyyə Nurmambetin atasıdır.