ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir.
Kazale FK | |||
---|---|---|---|
Ölkə | |||
Yaranma tarixi | 1909 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar").[1]
Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur.[2]
1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu.[3] İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi.
Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır. O zaman İtaliya futbol çempionatı regional əsasda təşkil edilirdi və ölkə çempionatı üç mərhələyə bölünurdu. Kasale Ligurian-Piedmontese divizionunun qalibi olaraq, ikinci yerdə qərarlaşan Cenoa ilə birlikdə ən yaxşı şimal komandalarının yarışdığı dviziona yüksəlir. Burda İnter Milan, Yuventus, Viçentsa və Verona kimi komandalarla birlikdə mübarizə aparır. Həmin divizionunda qalibi olan Kasale finalda mərkəzi-cənub çempionu Latsionu iki oyunun hər birində (7–1, 0–2) məğlub edərək İtaliya çempionu olur.[2]
Birinci Dünya Müharibəsindən sonra Kasale bir neçə onillik ərzində yüksək divizionda qalır.[2]
Zamanla inkişaf edən futbola uyğunlaşmayan Kasale tədricən zəifləyir və aşağı diviziona düşür. 1934-cü il onların A Seriyasındakı son ili olur.[3] Klub daha sonra maliyyə problemlərinə görə iki dəfə, 1993 və 2013-cü illərdə yenidən qurulur. 2013-cü ildə Kasale Futbol Klubu indiki adını alır.[4]
"Kasale" və "Alessandria" azarkeşləri arasında qızğın rəqabət var.
1913–14-cü illərdə skudetto qazanan komandada meydana çıxan beş oyunçu İtaliya milli komandasında oynayıb, hamısı 1912–1914-cü illər arasında beynəlxalq oyunlarda debüt edib:
İtaliya Kuboku Dilettanti
Seriya C
C2 seriyası
D seriyası