Kazinok kağızağacı

Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü.

Kazinok kağızağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Broussonetia kazinoki

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur. Yumurtalığı yuxarı, sapvari dişicik ağızlıdır. Meyvəsi mürəkkəb, ətli gilımeyvələrdən ibarət, bir-birilə və çiçək qrupunun oxu ilə birləşmişdir.

Quraqlığa, rütubətə davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda yaşıllaşdırmada rast gəlinir.

Möhkəmliyi və elastikliyi ilə fərqlənir, qabığı asanlıqla gövdədən soyulur və tropiklərdə paltarların hazırlanmasında istifadə edilir. Bu kağızın lifləri çox elastikdir və uzunluğu 1-2 sm-ə çatır. Tək əkinlərdə, magistral yolların ətrafının yaşıllaşdırmasında istifadəsi məqsədyönlüdür.