Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Keçi doqquzdonu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Keçi doqquzdonu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır.
Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır. Bir çiçəyin ömrü 3-4 gündür, ümumiyyətlə, çiçəkləmə təxminən 3 həftə davam edir. Uzun erkəkcikləri dəstələrə yığılmışdır və yuxarı birləşən yarpaqların qoltuqlarında yerləşir, içərisi ağ və ya sarımtıl, üstü al-qırmızı çalarlı və ya bənövşəyi-qırmızı zolaqlıdır. Arılarla tozlanır. Dörd yaşından hər il meyvə verir. Meyvələri tədricən iyulun ikinci yarısından-avqustun birinci yarısına qədər yetişir. Narıncı-qırmızı giləmeyvələri çox qısa saplaqlarda elə bil yarpağa bitişmişdir. 50 il və daha çox yaşayır. Toxumlarla, qələmlərlə, zoğlarla çoxaldılır.
Qışda birillik zoğları donur, ancaq tez bərpa olunurlar.
Kiçik və Böyük Qafqazda meşə və kolluqlarda təsadüf edilir.
Yaşıllaşdırmada, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.