Keçi söyüdü

Keçi söyüdü və ya kolvari söyüd (lat. Salix caprea) — Söyüd fəsiləsindən bitki cinsi.

Keçi söyüdü
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Keçi söyüdü
Beynəlxalq elmi adı

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir. Yarpaq açmazdan qabaq çiçəkləyir, ikievlidir. Dişicik çiçəkləri bozumtul-yaşıl və solğundur. Erkəkcik çiçəklərin sırğası iridir, dəyirmi-silindrvaridir, parlaq-sarı rənglidir. Çiçək açarkən keçi söyüdü çox dekorativ görkəm alır. Çiçəkləri nektarlıdır, qabığında 21%-ə qədər aşı maddəsi vardır. Avropa və Asiyanın meşəli rayonlarında geniş arealda yayılmışdır. Azərbaycanın bütün meşəli rayonlarında, yuxarı dağ meşə qurşaqlarında bitir. Bəzən yaşıllaşdırmada isitifadə olunur. Şaxtaya davamlı, torpağa az tələbkar bitkidir. İlk dəfə Avropada təsvir olunub.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İşıqsevən, şaхtaya davamlı, torpağa az tələbkar bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Talış, Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə dövrundə çoх dekorativ görünür. Abşeronda yaşıllaşdırmada geniş istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1020.