Kehkaşan Basu (5 iyun 2000[1][2], BƏƏ) — Birləşmiş Ərəb Əmirliyin ətraf mühit və insan haqları müdafiəçisi. 2016-cı ildə Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olmuşdur. Ümumdünya Gələcək Şurasının ən gənc məsləhətçisi olmuçdur. Green Hope fondunun təsisçisi və prezidenti.
Kehkaşan Basu | |
---|---|
ərəb. كيخاشان باسو | |
Doğum tarixi | 5 iyun 2000[1][2] (24 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | insan hüquqları fəalı |
Kehkaşan Basu Dubayda anadan olub[3]. Daha sonra Torontoda (Kanada) yaşamışdır[4].
12 yaşında o, bütün dünyada uşaqları və gəncləri maarifləndirmək və gücləndirmək, onları Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs)[5] nail olmaq prosesinə cəlb etməklə davamlı inkişafa diqqət yetirən Green Hope fondunun əsasını qoymuş və prezidenti olmuşdur. Green Hope bütün yaş qruplarını əhatə etmək üçün Ətraf Mühit Akademiyası adlı unikal təbliğat alətindən , o cümlədən təsviri incəsənət, musiqi, idman, teatr və rəqs kimi innovativ ünsiyyət yolları, həmçinin Dayanıqlı İnkişaf Məqsədlər haqqında məlumatlılığı ən sadə səviyyədə yaymaq üçün elm və texnologiya təhsilindən istifadə edir[6].
2013-cü ildə o, iki illik müddətə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Uşaq və Gənclər üzrə Qlobal Koordinatoru seçilir və bununla da təşkilatın tarixində bu vəzifəyə seçilən ilk azyaşlı olur[7].
2015-ci ildə o, iqlim dəyişikliyini azaltmaq üçün hərəkətə keçən bir qızın hekayəsindən bəhs edən “Ümid ağacı” adlı qısa hekayələr toplusunu təqdim edir.
Beynəlxalq Uşaq Sülh Mükafatı (2016)[4]
«Səslər» Gənclik Mükafatı (2020)