Kelementleri

Kelementleri və ya Kelementovı — balkar əsilzadə soyu.

Kelementleri
Titul dağ bəyi
Əcdadı Malkarukun nəvəsi Kelement Aktuqan oğlu
Budaqları Malkarukları
Dövr XVIII-XXI
Mənşəyi balkarlar
Təbəəliyi Rusiya İmperiyası (1917-ci ilə qədər)
Torpaqları Çegem dərəsi

Bu soy əsasını əfsanəvi Anfako Bolotukovun oğlu İparın iki oğlundan biri olan Can Mirzə Malkarukdan götürür. İparın iki oğlu Bəy Mirzə və Can Mirzə XVI əsrdə Çegem dərəsində məskunlaşıblar. Yerli bəy Berdibəy dünyasını dəyişdikdən sonra dərədəki hakimiyyəti qardaşlar ələ keçirə bilirlər. Bu soy Çegem dərəsində hakimlik edib. Soyun sarayı Eltübü kəndində yerləşib.[1] Kelementləri soyunun əsasını isə Malkarukun nəvəsi Kelement Aktuqanoğlu qoyub. Bu soyun da torpaqları Çegem dərəsində olub.

Tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Kelementov Qanşaubəy Qılıncbəy oğlu (1872-1920) - 1904-1905-ci illərdə olmuş Rus-yapon müharibəsinin iştirakçısı. II, III, IV dərəcəli Georgiyevsk xaçının kavaleri. Terks-Kubansk süvari alayının I Kabardin yüzlüyünün yunkeri.
  • Kelementov İsmayıl Xangəray oğlu (1887-1915) - Birinci Dünya müharibəsinin iştirakçısı. Kabardin süvari alayının giziri. III, IV dərəcəli Georgiyevsk xaçının və üzərində "Cəsurluğuna görə" yazısı olan IV dərəcəli "Müqəddəs Anna" ordeninin kavaleri
  1. Дмитрий Багринцев/Dmitriy Baqrintsev. "Карачаево-Черкесская республика. Эль-Тюбю / Qaraçay-Çərkəz respublikası. Eltübü" (rus. ). ordenxc.org. 23 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2020.