Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir.
Keliman dağları | |
---|---|
rum. Munții Călimani, mac. Kelemen-havasok | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.102 m |
Uzunluğu |
|
Eni | 40 km |
Sahəsi |
|
Yerləşməsi | |
47°07′37″ şm. e. 25°10′04″ ş. u. | |
Ölkə | Rumıniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc). Sonuncuda 1997-ci ilə kimi kükürd hasil olunurdu.
Keliman massivi bölgənin turizm məkanlarından biridir. Tameu, Lukaçu, Tixul, Ruska və Reçinş dağlarında olan qeyri-adi vulkan süxurları massivin əsas görməli yerlərindən biri hesab edilir. Bölgədə 12 Apostles geoloji qoruğu yaradılmışdır.[1] Qoruq Keliman Milli Parkının tərkibindədir.
Keliman dağları, eləcə də Qurqu və Xarqit dağları Rumıniyanın ən cavan dağları hesab olunur. Massiv 1,8–5 milyon il əvvəl, dördüncü dövrdə baş vermiş kütləvi vulkan püskürmələri nəticəsində meydana gəlmiş. Yuxarı pliosendə isə formalaşmışdır.[2]
Neogendə baş vermiş güclü vulkanik aktivlik nəticəsində uzunluğu 450 km (bunun 375 km Rumıniyada) olan nəhəng lava qrupları meydana gəlməşdir. Keliman massivinin sahəsi 6400 km², eni təxminən 40 km və uzunluğu təxminən 160 km-dir.[2]
Rumın və xarici bioloqların araşdırmalarına görə 1900-cü ildə indiyə kimi bölgədə ali bitkilərin 1004 növü qeydə alınmışdır. Massivdə bir neçə ekosistem formalaşmışdır: küknar və fıstıq ağaclarından ibarət qarışıq meşələr, küknar meşə zolağı, ağcaqayınlı qarışıq meşələr, alp çəmənlikləri və s.[3]