Kembri partlayışı

Kembri partlayışıKembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır.

Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir.

İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.

Bundan 544 milyon il əvvəl isə ilk dəfə canlıların növyaranma mexanizmi qeyri-adi şəkildə sürətlənmişdir və kiçik qabıqlı canlılar birdən-birə təkamülləşməyə başlamışdır. Daha sonra da "Kembri Partlayışı" adıyla tanınan hadisə baş vermiş və canlılıq böyük bir sürətlə fərqliləşməyə başlamış, yeni növlər böyük bir sürətlə təkamülləşmişdir.

Kembri Partlayışı, elm adamlarının olduqca marağına səbəb olan bir hadisədir. Üzərində bir çox elm adamı işləmiş, hətta Stephen Jay Gould kimi məşhur təkamülçü bioloqlarının "Sıçrayışlı Təkamül Nəzəriyyəsi" kimi təlimləri kəşf etmələrinə səbəb olmuşdur. Yaxşı, belə böyük bir növləşmə (növyaranma prosesi) niyə reallaşmış ola bilər? Buna bir neçə səbəb irəli sürülmüşdür.

Oksigen səviyyəsindəki artım

[redaktə | mənbəni redaktə et]

Oksigen səviyyəsi bütün dövrlərdə davamlı olaraq dəyişmişdir. Bu dəyişmələr qitələrin hərəkətlərinə və ya canlıların qitələrdəki inkişafına qədər bir çox faktora bağlı olaraq reallaşmaqdadır. Keçmişimizə baxdığımızda oksigen səviyyələrində bu tip dəyişmələr görürük: 2.5 milyard il əvvəli (ilk fotosintetik bakteriyalar) ilə 550–600 milyon il əvvəli (Kembri Partlayışı) arasında oksigen səviyyələri davamlı olaraq artmışdır (Kambri dövründə 13%, amma davamlı artım müşahidə edilərək). Kembri Partlayışında və sonrasında artan canlı miqdarı oksigenin istehlak səviyyəsini sabitləşdirmiş və 250 milyon il qədər bir müddətlə oksigen səviyyəsi sabit qalmışdır. Sonra, çox hüceyrəli bitkilərin qurunu işğal etməsiylə oksigen səviyyələri ağla sığmaz səviyyədə artmış və 250 milyon il əvvəl ən yüksək səviyyəyə çatmışdır (atmosferdə 28%-ə qədər). Bu zaman quruya çıxan bəzi heyvanlar nəhəng ölçülərə qədər böyümüşdürlər. Perm dövründə yenidən eniş yaşanmış (15%) və bu böyük formalar aşağı səviyyələrə adaptasiya ola bilməmişlər və nəsilləri tükənmişdir. Bu gün oksigen səviyyəsi 21%-dır və artmaqdadır.

Kembri Partyışının ən əhəmiyyətli səbəblərindən biri kimi bu oksigen artımları hesab olunmaqdadır.

Dünya tarixi, bir çox buzlaq dövrünə şahidlik etmişdir. Bunlardan biri də Kembri Partlayışından əvvəl meydana gələn bir buzlaq dövrüdür. Bu buzlaq dövrü olduqca sərt keçmiş və Yer kürəsini sanki bir "qar topuna"na çevirmişdir. Belə vəziyyətlərdə növyaranma prosesi daxilində genetik sürüşmə, genetik darboğaz təsiri kimi təsirlər səbəbiylə təkamülləşmə mövzusunda ciddi bir artım görülür. Yenə də bu məsələylə əlaqədar bəzi problemlər var, çünki buzlaqlar, böyük bədənlərin təkamülləşməsini sürətləndirmək yerinə azalda bilər. Bu kimi yan təsirlər buzlaq dövrlərini səbəb olaraq göstərə bilməyi çətinləşdirir, lakin qeyri-mümkün etmir.

İnkişaf və genetik şərhlər

[redaktə | mənbəni redaktə et]

Bir qrup elm adamı Kembri Partlayışını genetik materialda meydana gələn dəyişikliklərlə əlaqələndirir. HOX genləri kimi inkişafa təsir edən genlərdə meydana gələn mutasiyalar nəticəsində bol olan habitatlar (habitat — bir populayasiyanın içində olduğu, inkişaf etdiyi, çoxaldığı, varlığını və nəslini davam etdirdiyi mühit) asanca böyük canlı formaları tərəfindən işğal edilmiş ola bilər. Bu yerdə habitatların hələ heç bir canlı tərəfindən işğal edilməmiş olması əhəmiyyətli rol oynamaqdadır.

Ekoloji şərhlər

[redaktə | mənbəni redaktə et]

Bu gün belə bir partlayışın yaşanmamasının səbəbi, son bir neçə on milyon ildir çox ciddi bir təbiət hadisəsinin yaşanmamış olmasıdır (nəhəng meteor toqquşmaları və ya vulkanik fəaliyyətlər; canlılıq həyatının çoxunu riskə ata biləcək təbiət hadisələri).

Kembri Partlayışının ciddi şərhlərə ehtiyac duyan bir hadisə olmadığını hesab edən alimlər də var. Bunlar sadəcə bu hadisəyə aşılan bir "sərhəd" olaraq baxırlar. Yəni son 4 milyard ildir getdikcə inkişaf edən tək hüceyrəli strukturlar, nəhayət kifayət qədər genetik fərqliləşməyə çataraq belə bir növlərə ayırılmışdırlar. Həmin elm adamları bu hadisənin o qədər də şişirdilməməsinin tərəfdarıdır. Bu hadisə də, digər bütün hadisələr kimi tipik təbiət hadisəsidir, tək fərqi böyük miqdarda canlı qrupuna təsir etməsidir.

Digər filosof və alimlərin fikirləri

[redaktə | mənbəni redaktə et]

Britaniyalı etoloq, təkamülçü bioloq və yazıçı Riçard Dokinz deyir: "Kembri təbəqələri əsasən onurğasızlar qruplarını tapdığımız ən yaşlı təbəqələrdir. Bunlar ilk dəfə meydana çıxdıqları vəziyyətdə olduqca təkamül keçirmiş bir şəkildədir. Sanki heç bir təkamül tarixi keçmədən o vəziyyətdəcə orada meydana gəliblər. Təbii ki, bu ani meydana çıxma yaradılışçıları olduqca məmnun edir."[1].

http://en.wikipedia.org/wiki/Cambrian_explosion

http://tekamulaz.blogspot.com/2013/08/kambri-partlays.html

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://sekulyarizm.org/11-t-kamuel/162-kambrien-partlamas%C4%B1 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine

  1. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, s. 229