Kemmu bərpası

imperator Qodayqo

Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko)Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər.

Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi. Xödzö klanına qarşı Nitta Yesisadanın başçılığı altında iri klanlar birləşdilər və Kamakuranı zəbt edərək Xodzö nəslindən olan regent-şoqunu devirdilər. Kamakura şoqunatının yenilməsi, qısa müddətə monarxiyanın əvvəlki hüquqlarında bərpa olunmasına gətirdi. Bu hadisələr Kemmu ilində(1336-1338) baş verdiyinə görə Kemmu bərpası adını aldı.

Ancaq bərpa olunmuş imperator hakimiyəti çox sürmədi. Hakimiyyətə iddiaları olan Asikaqa sülaləsi, onların sələfləri kimi, imperator hakimiyətinin möhkəmlənməsini istəmirdi. Həlledici məqamda öz süzereni Xodzöyə xəyanət etmiş və, bu nəslin məhvini tezləşdirərək, onun düşmənlərinin tərəfinə keçmiş iri maqanat Asikaqa Takauci, indi də onlara xəyanət yolunu tutdu. Elə ki o qüvvə topladı və özünü arxayın hissə etdi, dərhal öz himayədarı imperator Qodayqoya qarşı çıxdı.