Ken Robinson (maarifçi)

Ser Kennet Robinson (4 mart 1950[3][4], Liverpul21 avqust 2020[1], London[2]) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir.[5] 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.[6]

Ser Kennet Robinson
ing. Ken Robinson
2009
2009
Doğum tarixi (74 yaş)
Doğum yeri Liverpul, Lankaşir, İngiltərə, Birləşmiş Krallıq
Vəfat tarixi 21 avqust 2020(2020-08-21)[1] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Milliyyəti İngilis
İxtisası Yazar, natiq, təhsil,yaradıcılıq və innovasiya üzrə ekspert.
Təhsili
Fəaliyyəti Spiker, yazıçı, maarifçi, aparıcı[d]
sirkenrobinson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. 

İlk illəri və təhsili

[redaktə | mənbəni redaktə et]

Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir.[7] Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.

1985-ci ildən 1988-ci ilə qədər Robinson İngiltərə və Uelsdə incəsənət təhsilinin inkişafına təşəbbüs götərən Məktəblərdə İncəsənət Layihəsinin rəhbəri olmuşdur. Layihədə 300-dən artıq təşəbbüs şəbəkəsində 2000-dən artıq müəllim, rəssam və idarəçi iştirak etmiş və bu, İngiltərədə Milli Kurrikulumun formalaşmasına təsir göstərmişdir. Bu müddət ərzində, Robinson Birləşmiş Krallığın milli gənc incəsənətinin inkişafı qurumunda, yəni Artswork'də rəhbərlik etmişdir.

O, 12 il Uorvik Universitetində təhsil üzrə professor olmuşdur və hal-hazırda həmin universitetdə professor-emeritusdur. Robinson Rod Aylend Dizayn MəktəbiRinqlinq İncəsənət və Dizayn KolleciOpen UniversityNitq və Drama MəktəbiBirminhem Şəhər Universiteti və Liverpul Göstəri Sənətləri İnsititundan fəxri adlar almışdır. Həmçinin incəsənət və təhsilə olan xidmətlərinə görə Rod Aylend Dizayn Məktəbinin Afina mükafatı ilə təltif olunmuş; ABŞ-da incəsənət və mədəniyyətə xidmətlərindən dolayı Pibadi Medalı qazanmış, təhsildə beynəlxalq uğurlarına görə LEGO mükafatı almış və nəhayət ABŞ və Birləşmiş Krallığın mədəniyyətlər arası əlaqələrinə böyük töhfələr verdiyinə görə İncəsənət və Peşə Cəmiyyətinin Bencamin Franklin Medalına layiq görülmüşdür. 2005-ci ildə o, Time/Fortune/CNN-in "Prinsipial Səslər"indən biri seçilmişdir. 2003-cü ildə Kraliça II Elizabet tərəfindən Bakalavr Cəngavər elan edilmişdir. Ken Robinson bütün dünyada qlobal iqtisadiyyatlarda biznes və təhsilin üzləşdiyi yaradıcı çağırışlar barəsindəki nitqləri ilə tanınır.[8]

1998-ci ildə Robinson yaradıcılıq, təhsil və iqtisadiyyat üzərinə Birləşmiş Krallıq komissiyasını idarə etmiş və onun Bizim Bütün Gələcəyimiz: Yaradıcılıq, Mədəniyyət və Təhsil adlı hesabatı yaddaqalan olmuşdur. The Times bu haqda belə yazmışdır: "Hesabat 21-ci əsrdə bizneslərin üzləşdiyi ən mühüm məsələlərə diqqət çəkir. Hər bir müdir və insan qaynaqları rəhbərinin stolu döyəcləməsi və cavab tələb etməsini gərəkdirir". Robinson Sülh Prosesinin bir hissəsi kimi Şimali İrlandiyada qurucu və iqtisadi inkişaf strategiyası yaratmaqla, bütün regiona tətbiq olunan və Oklahama Yaradıcılıq Layihəsinə sələflik edən Yaradıcılığın Açılması planını nəşr etməsiylə seçilir. 1998-ci ildə o, Yaradıcılıq və Mədəni Təhsil üzərinə Milli Məsləhət Komissiyasının rəhbəri olmuşdur.[9]

2001-ci ildə Robinson Los Ancelesdəki Qetti Muzeyinə Təhsil və Yaradıcılıq üzrə Baş Məsləhətçi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2005-ci ilə qədər qalmışdır.

TED konfranslarının tanınmış spikeri olan Robinson, təhsildə yaradıcılığın rolu haqqında 3 təqdimat göstərmiş və bunlar TED-in rəsmi vebsaytında 50 milyon dəfədən çox izlənilmişdir (2016).[10] Onun Ken Robinson deyir ki, məktəblər yaradıcılığı öldürür prezentasiyası indiyə qədər ən çox baxılmış TED nitqidir.[11][12][13] 2013-cü ilin aprelindəki "Təhsilin ölüm vadisindən necə xilas olmalı ?" adlı təqdimatı insan beyninin inkişafı üçün 3 mühüm prinsipdən və hazırkı Amerika təhsil mədəniyyətinin bu prinsiplərə qarşı necə işlədiyindən bəhs edir.[14] 2005-ci ildə, Robinson Prinsipial Səslərdən biri seçilmişdir (Time jurnalı, Fortune dərgisi və CNN birgə təşəbbüsü ilə). 2010-cu ildə İncəsənət və Peşə Cəmiyyəti onun dəyişən təhsil paradiqmaları haqqındakı nitqlərindən birinin animasiyasını hazırlamışdır.[15] Videogörüntü YouTube-dakı ilk həftəsində yarımmilyona qədər izlənilmişdir və 2016-cı ilin İyununa qədər 14 milyona yaxın baxış sayı toplamışdır.

Təhsil haqqında düşüncələri

[redaktə | mənbəni redaktə et]

Robinson təhsilin uğuru üçün 3 cəbhədə inkişafın vacibliyi təklif etmişdir. Birincisi, geniş kurrikulum təklifi ilə çeşidlilik təşviq olunmalıdır və təhsil prosesində fərdiləşmə həvəsləndirməlidir; ikincisi, yaradıcı tədris ilə maraq oyadılmalıdır ki, bu da yüksək keyfiyyətli müəllimlik treninqləri və inkişafdan asılıdır; və son olaraq, standartlaşdırılmış testlərdən çox individual məktəblər və müəllimlərə təhsil kursunun məsuliyyətini aşılayan alternativ didaktik proseslərlə sayıq yaradıcılığa fokuslanılmalıdır. Robinson bu gün ABŞ təhsil sisteminin uyğunluq, uyuşma və standartlaşmanı təşviq etdiyini, yaradıcı yanaşmanın ikinci dərəcəli əhəmiyyət daşıdığını qeyd edir. O vurğulayır ki, biz təhsilin yalnızca orqanik bir sistem olduğunu dərk edərək uğur qazana bilərik. Çünki bu mexaniki deyil. Uğurlu məktəb idarəçiliyi "əmr və idarə"dən ziyadə yardımsevər mühiti təşviq edəndir.[14]

  1. 1 2 https://www.liverpoolecho.co.uk/news/liverpool-news/tributes-ken-robinson-liverpool-born-18814459.
  2. 1 2 https://www.nytimes.com/2020/09/11/world/europe/ken-robinson-who-preached-creativity-in-teaching-dies-at-70.html.
  3. Robinson Ken // VIAF ID.
  4. Ken Robinson // Babelio (fr.). 2007.
  5. "Arxivlənmiş surət". 2016-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
  6. The London Gazette: (Supplement) no. 56963. p. 2 Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine. 14 June 2003.
  7. Tongue, Steve. "Outside the Box: Eat leaves and shoot rather than hoofing it up the field". independent.co.uk. 3 March 2013. 25 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2015.
  8. "Ken Robinson ~ Biography". Principal Voices. 2014. 17 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  9. "Sir Ken Robinson – Creative Oklahoma". State of Creativity. 2014. 1 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  10. "Arxivlənmiş surət". 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.
  11. "Ken Robinson – Speaker". TED.com. 2014. 2 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  12. TED. "Sir Ken Robinson: Do schools kill creativity?". YouTube. 6 January 2007. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  13. "Ken Robinson: Bring on the learning revolution!". TED.com. February 2010. 24 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  14. 1 2 "Ken Robinson: How to escape education's death valley". TED.com. April 2013. 25 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  15. RSA Animate. "Changing Education Paradigms". YouTube. 14 October 2010. 25 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.