Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi[1] (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə[1].

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir[1].

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir[1].

Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir[2]. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın[2].

Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir[1].

İştirakçıları

[redaktə | mənbəni redaktə et]

Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8

sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.

2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir[1].

1-ci yer :

-Məhəmməd Fətullayev Rafis Oğlu

-Maksimal bal=120

-Topladığı bal=30

Təşkilatçılar

[redaktə | mənbəni redaktə et]

Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar[1].

Azərbaycanda ilk dəfə keçirilməsi 18 mart 2018-ci ildə pilot layihə kimi nəzərdə tutulan bu müsabiqə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransada olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir[1].

Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər[1]. Qaydalara əsasən tapşırıqlar 2, 3–4, 5–6, 7–8, 9–10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə — asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir[1].

Müsabiqədə verilən suallar məntiq əsaslıdır[2].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]