Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kepler-1649c, Keplerin kosmik teleskopu tərəfindən kəşf edilmiş planet sisteminin ən kənar planeti olan qırmızı cırtdan ulduz Kepler-1649-un yaşayış zonası daxilində fırlanan, ehtimal ki, səthi qayalıq olan Yer ölçüsündə ekzoplanetdir. O, Yerdən təqribən 301 işıq ili (92 pc) uzaqlıqda yerləşir və Qu quşu bürcündədir.[3]
Kəşf tarixi | 15 aprel 2020, aprel 2020[1] |
---|---|
Əyilməsi | 89,339 ± 0,056 °[1] |
Nəyin peykidir | Kepler-1649[2][1][…] |
Şimal qütbünün meyllənməsi | +41° 49′ 47,98″[1] |
Kepler-1649c öz ulduzunun orbitindəki dövrəsini təqribən 19,53 günlük orbital dövrə ilə başa çatdırır (yəni bu ekzoplanetin bir ili Yer vaxtı ilə 19,53 günə bərabərdir) və öz ulduzundan təqribən 0,0649 AU (9,710,000 km; 6,030,000 mil) uzaqda yerləşir, həmçinin onun kütləsi Yer planetindən 1,2 dəfə, radiusu isə Yer planetindən 1,02 dəfə çoxdur. Kütləsinin və radiosunun Yer ilə müqayisəsinə əsasən o çox güman ki Yer planetinə bənzəyir baxmayaraq ki, onun ulduzuna yaxın olması onun qabarma və çəkilmə nəticəsində öz ulduzuna bağlı ola biləcəyini bildirir. Kepler-1649c-nin Yerin Günəşdən aldığı radiasiya miqdarının təxminən dörddə üçünü öz ulduzundan aldığı təxmin edilir.
2017-ci ildə SETI-nin K2 Elm Ofisinin direktoru Jeff Coughlin onu Kepler Kosmik Teleskopu tərəfindən indiyə qədər tapılan "Yerə ən oxşar planet" kimi təsvir edib.[4] Keplerin robotetter alqoritmi ilə planet əvvəlcə yanlış müsbət hesab edilmişdir. Kepler Yanlış Müsbət İşçi Qrupu 15 aprel 2020-ci ildə bərpasını dərc etdirmişdir.[5][6] Onun ilk elmi təsviri 2020-ci ilin aprelində ilk müəllif Endryu Vanderburqla birlikdə The Astrophysical Journal Letters jurnalında dərc edilmişdir.[5][7]
Ölçüsünə görə Yer planetinə çox oxşayan bu ekzoplanet NASA[8] tərəfindən qayalı planet kimi müəyyən edilmişdir, lakin radiusu Yer planetindən 1,06 dəfə böyükdür.[5][9]
Kepler-1649 – orbitində yalnız iki təsdiqlənmiş planet vardır, digər planet isə Kepler-1649b adlanır.[8] Günəşimizin təxminən ¼ radiusunda olduğu təxmin edilən M tipli qırmızı cırtdan ulduzdur.[10] Kepler-1649b bizim Günəş sistemindəki Veneraya iki cəhətdən bənzəyir: həm Kepler-1649b, həm də Venera növbəti məlum olan planetlərin (müvafiq olaraq Kepler-1649c və Yer planeti) təxminən yarısının radiusunda orbitə malikdirlər və onlara oxşar ölçüdədirlər.[11]
Kepler-1649c M tipli qırmızı cırtdan olan öz ev sahibi ulduzun — Kepler-1649-un orbitindəki dövrəsini cəmi 19,5 Yer gününə başa çatdırır.[10] Kepler-1649 adlı ulduz sisteminin yaşayış zonası daxilindəki orbitdə dövrə vurur.
Ekzoplanet öz ulduzunun yaşayış zonası daxilində orbitdə olsa da, ekzoplanetin atmosferi haqqında məlumatın olmamasına görə Kepler-1649c-nin səthində maye suyun olub-olmaması məlum deyildir. 2021-ci ilə kimi, ev sahibi ulduzda hələ heç bir günəş parlaması müşahidə edilməyib; buna baxmayaraq, elm adamları hesab edirlər ki, belə ulduzlar tez-tez günəş parlaması aktivliyinə meyllidirlər və bu cür partlamalar nəticəsində meydana gələn alovlar ekzoplanetin atmosferini soyudaraq həyat perspektivinə mane ola bilərlər.[3][8]
Kepler-1649c-nin iqlimi haqqında çox az şey məlumdur.[5] O, Yerin Günəşdən aldığı işığın tam 75%-ni öz ulduzundan alır; buna görə də atmosferdən asılı olaraq onun səthinin temperaturu Yerin temperaturu ilə kifayət qədər oxşar ola bilər ki, bu da planetdə maye suyun mövcud ola bilmə ehtimalını artırır.[4] Kepler-1649c ekzoplanetinin atmosferinin tərkibinin nədən ibarət olduğu aydın deyildir.[8]
Orbital təkamül modelləri göstərir ki, Kepler 1649c-nin qravitasiya təsiri altında əhəmiyyətli ekssentrik tərəddüdlər mümkündür, lakin iqlimin əksər ilkin parametrlər üçün Yer ilə oxşar qalacağını göstərir.[12]
The study published Wednesday in The Astrophysical Journal Letters.