Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır.[1] İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir.[2]
Keret evi | |
---|---|
Ümumi məlumatlar | |
Memarlıq üslubu | Postmodern memarlığı |
Ölkə | |
Koordinatlar | 52°14′15″ şm. e. 20°59′20″ ş. u.HGYO |
Texniki detallar | |
Mərtəbə sayı | 2 |
Veb-sayt | |
kerethouse.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur.[3] Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.[4][5]
Keret evinin inşası Varşava şəhər bələdiyyəsi və Polşa Müasir İncəsənət Fondu tərəfindən dəstəkləndi.[6] Ev yaşayış yeri kimi istifadə olunmasına baxmayaraq Polşanın tikinti standartlarına cavab vermədiyi üçün "sənət qurğusu" kimi təsnif edilir.
2019-cu ildə dünyanın ən ikonik evlərindən biri adlandırıldı və memarlıq portalı olan İconic Evlər tərəfindən təqdir edilən beynəlxalq layihələr siyahısına daxil edildi.[7]
Keret Evi Varşavadakı 22 Chłodna Küçəsi və 74 Żelazna Küçə arasında yerləşir[8] və dünyanın ən dar evi olaraq təyin edilmişdir.[2][9] Tikili müharibədən əvvəl tikilmiş bir ev və bir bina arasında qurulmuşdur. Valideynlərinin ailələri II Dünya Müharibəsində Nasist Almaniyası Polşanı işğal edərkən ölən Etqar Keret "Keret Evində qalmaq ailəm üçün bir xatirə kimidir" demişdir.[10]