Khacuraho

Khacuraho(hind. खजुराहो) — Hindistanda turist kəndi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Burdakı abidələrin IX-XII əsrlərə aid olduğu deyilir.

Hələ indiyə qədər qədim memarların və heykəl ustalarının seks mövzusuna nə üçün bu qədər dərin maraq göstərdikləri məlum deyil. Bəlkə də ona görə ki, o vaxt bu mövzu adi olub, bütün tabulardan kənar sayılıb.

Başqa bir versiyaya görə isə, məbədlərin inşa edilməsində istifadə olunan bu elementlər erotik təcrübəni azadlığa nail olmanı təcəssüm etdirib.

Bəzi mütəxəssislər isə bu təsvirlərin gələcək nəsillər üçün “Kamasutra” dərsliyi rolunu oynaması üçün çəkildiyini güman edirlər. Əvvəlcə, bu şəhərdə 85 belə məbəd ucaldılıb.

O vaxt bura Çandela sülaləsinin dini və mədəni mərkəzi olub. Bu sülalə haqqında məlumatlar 13-cü əsrdən sonra bitir. Daha sonra bu yerlər dünya üçün itirilmiş hesab olunub.

Yalnız 1838-ci ildə britaniyalı mühəndis cəngəlliklərdən keçərək, bu torpaqlara gəlib və Khacurahonu yenidən kəşf edib.

İndi isə burada cəmi 25 məbəd var. Məbədlər şivaizm, vişnuizm və caynizmə ithaf olunub.

Məbədlərdə təsvir olunan erotik motivlər qədim Kamasutradan götürülüb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]