Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi).
Qərbi Qat dağları | |
---|---|
पश्चिमी घाट | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2695 m |
Uzunluğu | 1222 km |
Eni | 478 km |
Sahəsi | 187 320 km² |
Yaranma dövrü | Yura dövrü, Kaynazoy erası |
Süxurları | bazalt, Laterit, Əhəng daşı |
Yerləşməsi | |
10°10′11″ şm. e. 77°03′40″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qərbi Qat dağları ayrıca bir sistem deyildir. Silsilə Dəkkən yaylasının bir parçasıdır. Böyük ehtimalla silsilə Qondvananın parçalanması zamanı, 150 mln il öncə meydana gəlmişdir. Mayami universitetinin geofizikləri Barren və Xarisson Hindistanın qərb sahillərinin 100–80 milyon il öncə meydana gəlməsini birdirmişlər. Silsilə Madaqaskarın Hindustandan ayrılmasından sonra meydana gəlmişdir. Bu ayrılmadan sonra bir qitə olan Hindistan hazırkı Reyunyon ərazisindən şimala istiqamətlənmişdir. Kütləvi püskürmələr sayəsində hazır ki, Dəkkən yaylası meydana gəlmişdir. Bu püskürmələr nəicəsində Qərbi Qat dağlarının şimal hissəsi formalaşır. Burada digər suxurlardan qranit qneysi, metomarfik qneys, Əhəng daşı, dolerit, anortozit, dəmir filizi kimilərinə rastlamaq mümkündür. Cənub təpələrində laterit və boksit yataqları vardır.
Qərbi Qat dağları Şimsatpura dağları ilə birləşir. Cənuba doğru isə Qao, Karnataka, Kerala və Tamilnada qədər uzanır. Qərbi Qat özüdə Kardamonov dağları, Anaymalay, Nilqiri və Palani hissələrinə bölünür. Anay-Mudi silsilənin ən hündür nöqtəsidir (2695 m).
Palqxad şəhəri yaxınlığında Qərbi Qat dağlarının şimalı ilə cənubunu ayıran Palakkad keçidi yerləşir.
Qərbi Qat Hindistanda bir suayırıcı funksiyasını yerinə yetirir. Bura Hindistanın bir çox iri çaylarının başlanğıc nöqtəsidir. Qərbdən şərqə doğru axan çaylar Benqal körfəzinə tökülür. Bunlara Krişna, Qodavari və Kaveri çaylarıdır. Qərbə doğru axan çaylar Ərəbistan dənizinə tökülür. Cənuba axan çaylar üzərində su anbarları inşa edilmişdir.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1342 ing. • rus. • fr. |
Qərbi Qat dağlarının iqlimi rütubətli və tropikdir. Hündürlükdən və ekvatordan uzaqlaşdıqca tədricən dəyişir. Şimalda 1500 m, cənubda isə 2000 metr hündürlükdən sonra iqlim mülayimləşir.
Orta illik temperaturu +15°С-dir. Bəzi ərazilərdə qış ayları temperatur 0°С qədər düşür. Soyuq dövr ən rütüubli dönəmdə olur.
Dağlar qərb musssonlarının təsirinə məruz qalır. İl ərzində əsasən qərb yamaclara 3000–4000 mm yağıntı düşür.
Qərbi Qatda bio müxtəliflik göz qabağındadır. Burada çoxlu sayda endemik növlər vardır. Bioloji müxtəlifliyə 130 növ məməli, 180 növ suda-quruda yaşayan, 500 növ quş daxildir. Qərbi Qatın dağlarında 100 növ balıq yaşayır. Endemiklərdən vanderu, Platacanthomys lasiurus, Nilqiri tarı, Nasikabatrachus sahyadrensis, Cənubihindistan quruqurbağası və s. Maraqlıdır ki, burada yaşayan suda-quruda yaşayan növlərin 80 % dünyanın digər ərazilərində rastlanmır.
Bitki örtüyüdə olduqca zəngindir. Burada 5000 növ şişəkli bitkiyə rastlamaq mümkündür.