Qırmızı Qala (Hindistan)

Qırmızı Qala — Yeni Dehli şəhərinin şimal-şərqindəki bölgədə, Chandni Chowk-un yaxınlığındadır.

Qırmızı Qala
लाल क़िला
Xəritə
28°39′21″ şm. e. 77°14′25″ ş. u.HGYO
Ölkə  Hindistan
Şəhər Aqra
Yerləşir Yeni Dehli
Aidiyyatı Böyük Moğol imperiyası
Sifarişçi Sultan Şah Cahan
Tikilmə tarixi 1638 – 1648
Üslubu Moğol memarlığı
Hündürlüyü 33 m
Sahəsi
  • 49,1815 ha
  • 43,4309 ha
Vəziyyəti stabil.
Rəsmi sayt delhitourism.gov.in/delh…
TipiMədəni
DövlətHindistan
RegionAsiya
KateqoriyaMəbəd
Qırmızı Qala (Hindistan)
Qırmızı Qala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qırmızı Qala
Qırmızı Qala

Qırmızı Qala, ya da Lal Qilanın adı, divarlarını inşa etməsində istifadə edilən qırmızı qum daşından gəlir. Ancaq içəridəki saraylar və qəbul salonları qiymətli materiallardan düzəldilmişdir. Qala 1638 - 1648 illəri arasında Monqol İmperatoru Şah Jehanın zənginliyini təbrik etmək adına keçirildiyi üçün, inşasında mərmər, gümüş və qızıl kimi zinətlər müsrifçə istifadə edilmişdir.

Gözlənildiyi kimi, bu sərvətin böyük qismi illər içərisində itmiş və bəzi orijinal binalar dağıdılmışdır. Yenə də geridə qalanlar, Monqol İmperiyasının kulminasiya nöqtəsində olduğu zamanlar nə qədər güclü olduğuna dair ipucu verir.

Şah Jehan, xatirəsinə Tac Mahalı inşa etdirdiyi arvadının ölümündən sonra, imperiyanın paytaxtını Agra-dan Dehliyə, ya da başlı başına bir kral şəhəri olan Qırmızı Qalanı tikdirdiyi Shahjehanabad adlı yeni şəhərə köçürmək istədi. Monqol saraylarının standart faktorları, Diwan-i-am və Diwan-i-khas adlarını daşıyan iki qəbul salonu idi. İlkində, xalqla imperator bir araya gəlir, ikincisində isə xüsusi toplantılar keçirilirdi. Bu gün hər ikisi də Qırmızı Qalada görülə bilər. Diwan-i-am, sütun qaydası üzərində yüksələn və üç tərəfi həyətə açılan geniş bir salondur. Burada kütlələr görüşür və imperator xalqın arzularına qulaq asardı. Diwan-i-am və Diwan-i-khasta isə İmperator, məmurlar və xarici səfirlərlə görüşlər keçirərdi. Keçmişdə buranın özünə məxsus geniş həyəti, mərmər səkiləri və gümüşdən tavanı vardı.

Şah Jehan, Diwan-i-khasa inşası tam 7 il davam edən çəlləklər dolusu zinətlə bəzədilmiş xüsusi məşhur tovuzquşu taxtını çıxarmışdı. Taxt 1739-da İrana köçürülüb ancaq Diwan-i-khasdakı bir sənəddə, Şah Jehanın bur ilə bağlı fikirlərində belə sözlər yer almışdı: "Dünya üzərində bir cənnət varsa; O budur".

Keçmişdə, Qırmızı Qalanın içində 6 kral sarayı (mahal) vardı. Mümtaz Mahal bu gün bir muzeydir. Digər bir sarayın adı, Rang Mahaldır (boyalı yer). Ancaq Rang Mahalın gümüş tavanı, eyni boya kimi uzun zaman əvvəl yox oldu. Khas Mahalda isə imperatora xüsusi üç otaq, yemək otağı, yatmaq və ibadət etmək üçün otaqlar yer alır.

Şah Jahenın oğlu və varisi Aurangzeb, qalanın içinə nəfs Moti Masjidi (İnci Məscidi) tikdirdi. Məscid ilə həyəti kiçik olsa da, geniş təəssürat yaradır. Ağ mərmərdən binanın içindəki qara mərmər mozaikalar çox təsirli bir mənzərə yaradır. Lahore Qapıdan qalaya gedən pasaj boyu düzülən mağazalar bu gün də görülə bilər. Kral hamamları da mühafizə edilmiş ancaq 1857-dəki Hind üsyanından sonra, Qalanın böyük hissəsi hərbi komandalara yer açmaq üçün dağıdılıb.

19-cu əsrin məşhur yazıçı və memarlarından Ceyms Fergusson dağıntını, "lazımsız bir vandalizm" - deyə səciyyələndirmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]