Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Kiçik əyridimdik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Kiçik əyridimdik |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Ovlanması qadağan olunmuşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına, Ramsar, Bern, Bonn, CİTES konvensiyalarına və AEWA sazişinə daxildir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və yasaqlıqlar əsas yaşama yerləri kimi qəbul olunmuşdur. 2024-cü ilin noyabrında nəslinin kəsildiyi açıqlanmışdır.[3] Miqrasiya vaxtında qanunsuz ovlanması və su-bataqlıq biotoplarının qurudulması növün nəslinin kəsilməsinə səbəb olan əsas amillər olmuşdur.
Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur. Döşünün naxışları uzununa yerləşir, onun aşağı hissəsində isə ürək formalıdır. Belinin arxa hissəsi və quyruğunun üst örtüyü ağdır. Sükan lələkləri də ağdır, üzərində isə bir neçə köndələn zolaq var.
Avrasiyanın meşə-bozqır zonasında yayılıb. Aralıq dənizi sahillərində qışlayır. Azərbaycanda Xəzər dənizi sahilində təsadüf edilir. Azərbaycan faunasında cinsin 3 növündən biridir.
Su hövzələrinin sahilindəki dayaz sularda və bataqlıq sahələrdə yemlənir. Azərbaycanda miqrasiya dövründə olurdu. Yaz miqrasiyası az vaxt aparırdı (aprel), payız miqrasiyası isə avqust ayından oktyabra qədər davam edirdiş
2000-ci illərdə Azərbaycanda sadəcə iki dəfə görünüb. 2001-ci ilin mart ayında Kürün deltasında 4 fərdi və 18 aprel 2006-cı ildə Ağzıbir gölü ilə Xəzər dənizi arasında 3 fərdi təsadüf edilib.
Elmi və estetik əhəmiyyəti var.