Kiçik Asiya dağ ərəbdovşanı (lat. Allactaga williamsi) Ərəbdovşanları fəsiləsinə (lat. Dipodidae) aid gəmirici növüdür.
Kiçik Asiya dağ ərəbdovşanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bədənin uzunluğu 150 mm, quyruğun uzunluğu 240 mm, qulağın uzunluğu 46 mm-dir. Dal pəncənin uzunluğu 70 mm-dir. Çəkisi 108 q-a qədərdir. Bədənin tük örtüyü üst tərəfdən pas, qonur boz, qarın hissəsi isə ağ rəngdədir.
Şimal-qərbi İranın, Türkiyənin, Şərqi və cənubi Zaqafqaziyanın yarımsəhra və dağ-səhra ərazilərində yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da, Talış dağlarında və Abşeron yarımadasında, Xəzər sahili boyu Xaçmaza qədər yayılmışdır. Kserofit dağ çöllərində dəniz səviyyəsindən 2500 m-ə qədər hündürlüyə qalxır [1].
Həyat tərzi az öyrənilmişdir. Yeraltı yuvalarda yaşayır. Yuvaları sadə quruluşda olub, çıxış yollarının sayı 1-3 ədəddir. Bitki toxumları, kökləri və yaşıl kütlə ilə qidalanırlar. Çoxalma dövrü maydan oktyabra qədər davam edir. Balalarının sayı 2 – 8 ədəddir. Bəzi yerlərdə əkinlərə zərər verməsi qeyd olunur.
http://www.iucnredlist.org/details/136326/0 Allactaga williamsi