Kiçik Bazar məscidi

Kiçik bazar məscidiAzərbaycanın Lənkəran rayonunun mərkəzində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1904-cü ildə Kiçik bazar məhəlləsində tikilib.

Məhəmməd məscidi
Xəritə
38°45′36″ şm. e. 48°51′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Yerləşir Kiçik Bazar məhəlləsi
Sifarişçi Tağı bəy, Ağa bəy, Molla Nəsir və məhəllə camaatı
Tikilmə tarixi 1904
Üslubu islam memarlığı
Vəziyyəti stabil
İstinad nöm.4806
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Kiçik Bazar məscidi (Azərbaycan)
Kiçik Bazar məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Kiçik Bazar məscidi 1904-cü ildə Lənkəranda Kiçik bazar məhəlləsində Tağı bəy, Ağa bəy, Molla Nəsir və şəhər camaatının topladığı vəsait hesabına tikilib.[1][2][3] Adını yerləşdiyi məhəllədən alıb. Məscidin nəqqaşı usta Rəhim və onun atası olub.[1] Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan minarə yerləşib.[2] Divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir.[1][4] Məsciddə eyni vaxtda 250 nəfər namaz qıla bilir.[5] Məscidin tikintisində qırmızı kərpicdən, yerli meşə materiallarından və kirəmitdən istifadə edilib. Məscidin sol qapısını XIX əsrdə Ləkəranda fəaliyyət göstərən "Fövcül-füsəha" ədəbi məsclisinin üzvü Məhəmmədhəsən Nəccar, sağ qapısını isə usta Məhəmmədəli hazırlayıb.[2][6]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[7] Kiçik bazar məscidi bağlanıb, yanında yerləşən Güldəstə minarəsi isə dağıdılıb. Məscidin binasından anbar kimi istifadə olunub.[1]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8][9] 2010-cu ildə yerli əhalinin təşəbbüsü ilə məscidin 24 metr hündürlüyündə olan minarəsi bərpa edilib.[2] Məsciddə həm qadınlar həm də kişilər ibadət edə bilərlər. Qadınların ibadəti üçün olan hissə iki mərtəbəlidir və girişi ayrıdır.[10]

  1. 1 2 3 4 "Lənkəran şəhər icra hakimiyyəti / Mədəniyyət". lenkeran-ih.gov.az. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  2. 1 2 3 4 Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 292. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
  3. Həsənoğlu, Həşim. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları (PDF) (az.). Bakı: Nasir. 2015. 196.
  4. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 293. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
  5. Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 102. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-01.
  6. Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 109. ISBN 978-9952-37-379-0.
  7. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  10. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 175. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]