Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü.
Kiçik qu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Kiçik qu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Nadirdir.
Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər.
Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir [3].
Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır. Azərbaycanda Xəzər dənizinin sahillərində və daxili su hövzələrində qışlayır [3].
Azərbaycanda nadir hallarda qışlayan quşdur. Harayçı qu quşları toplaşdığı və yemləndiyi ərazilərdə müşahidə edilir. Fısıldayan qu quşları olan su hövzələrində olmur. Onlar tərəfindən sıxışdırılır. Qışlama dövründə kiçik sürülər əmələ gətirir.
Yuvalama ərazilərində su-bataqlıq biotoplarının çoxu qurudulub. Qışlama yerlərində fısıldayan qu quşu tərəfindən sıxışdırılır. Brakonyerlər tərəfindən bəzən ovlanır, qamış pişiyi və çaqqalın hücumlarına məruz qalır.
Elmi, estetik və dekorativ əhəmiyyəti var.
AEWA sazişinə, Ramsar, Bern, Bonn konvensiyalarına və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib.
Azərbaycan ərazisində qışlamağa məskunlaşdığı yerlərdə narahatlıq yaradan amillərin, balıq tutulmasının, sahildə qamış zolaqlarının yandırılmasının qarşısı alınmalıdır.