Kianit

Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Kianit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂OSiO₄
Strunz təsnifatı VIII/A’.02[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit.

Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b. Mineralın tapıldığı yerlər: Lapsa-Buru (Hindistan); Bernsvill, Çokalit-Mauntins (ABŞ); Borisovski, Novomixaylovski, Çaynıtski (Rusiya); Çepelare (Bolqarıstan) və s. Azərbaycanda kianit Paraqaçay rutil təzahüründə, Bakı arxipelaqının palçıq vulkanlarının tullantılarında, məhsuldar qatın qumlarında və bəzi başqa məntəqələrdə aşkar edilmişdir.

Oda- və turşuyadavamlı mühüm xam-maldır. Habelə silisium-alüminium xəlitəsi – silumin almaq üçün filiz kimi, şəffaf gözəl rəngə boyanmış növləri isə zərgərlikdə yarımqiymətli daş kimi istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]