Korund

Korund (Al2O3)mineral. Çox da tez-tez rast gəlinməyən.

Korund
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂O₃
Strunz təsnifatı IV/C.04a[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır:

  • Ti — göy-sapfir (göy yaqut);
  • Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı;
  • Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b.

Parıltısı almazı, şüşəli. Sərtliyi 9. Xüsusi çəkisi 3,95–4,4. Süni korundun ərimə temperaturu

Əsasən aşağıdakı zonalarda yaradılmışdır:

  1. Peqmatitlər: a) korundlu sienit-peqmatitlər; b) korundlu plagioklazitlər, marunditlər, plümazitlər. Ultraəsasi süxur massivlərilə, dolomit və serpentinitlərlə əlaqədardır.
  2. Hidrotermal yataqların törəmə kvarsitlərində.
  3. Metamorfik yataqlarda mərmərlərdə, qabbroda, noritdə, qranitdə, kristallik şistlərdə, qneyslərdə, amfibolitlərdə, metamorfizmə uğramış boksitlərdə.
  4. Elüvial, delüvialAllüvial səpintilərdə. Korund az miqdarda SiO2 ilə zəngin olmayan püskürmə süxurlarda (sienitdə, nefelinli sienitdə, andezitdə və b.) püskürmə süxurların ksenolitlərində, karbonatitlərdə rast gəlinir. Korund böyük miqdarda süni yolla alınır (alund, elektrokorund və b.). Korund kvant generatorları üçün mühüm xammaldır; abraziv materialların (cilalayıcı, pardaxlayıcı), oda və turşuya davamlı məmulatların hazırlanmasında, zərgərlikdə, cihazlarda, saatlarda və b. istifadə edilir. Korund filizində korund miqdarı 10–15%-dən çox olur.
Leykosafhir — ağ rəngli korunddur.
Sapfir — mavi rəngli korunddur.
Rubin (yaqut) — al-qırmızı rəngli korunddur.
Şərq ametisti — bənövşəyi rəngli korunddur.
Şərq zümrüdü — yaşıl rəngli korunddur.
Şərq topazı — sarı rəngli korunddur.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.