Kijuç

Kijuç (lat. Oncorhynchus kisutch) — Qızılbalıqkimilər dəstəsinə, Sakit okean sümüklüsü fəsiləsinə daxil olan balıq növü.

Kijuç
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kijuç
Beynəlxalq elmi adı

Kijuçlar iri balıqlar olub, uzunluqları 98 sm, çəkisi isə 14 kq çata bilir. Digər Sakit okean sümüklülərindən əsas fərqi parlaq gümüşü pulcuqlara sahib olmasıdır. Bu səbənbdən yaponlar onları "gümüşü qızılbalıq" adlandırırlar.

Asiyada Anadır çayından tutmuş Oxot dənizinin Kamçatka sahillərinə qədər ki, ərazilərdə müşahidə edilir. Nadir hallarda Saxalinin şərqində, Hokkaydo adaları ətrafında və Amur çayının mənsəbində müşahidə edilir. .

Şimali Amerikada daha geniş ərazidə yayılmışdır. Onlara Alyaskadan tutmuş Kaliforniya sahillərinə qədər olan ərazilərdə müşahidə etmək mümkündür (Sakremento çayı).

Şimali Amerikada olan fərdlərin həcmi Asiyada olanlardan nisbətən böyük olur. Asiya sularında, uzunluqları 88 sm, çəkiləri isə 6,8 kq-dan çox olmur. Aşkar edilmiş ən böyük nümumə 76 sm uzunluğa və 7 kq çəkiyə sahib olmuşdur.

Yetkinliyə üç, dördünçü yaşında çatır. Erkəklərin kürüləmə yerinə kürüləmədən olduqca öncə gəlməsi qeydə alınmışdır. Öz cinsinin digər növlərinə nisbətdə kürüləmə gec baş tutur.

Kürüləmələr yay, payız və qış dövrlərinə bölünür. Yay kürüləməsi sentyabr-oktyabrda, payız kürüləməsi noyabr-dekabrda, qış kürüləməsi isə dekabr-yanvar ayları baş tutur. Martda belə kürüləmə ola bilir. Kürülər göllərdə deyil ancaq çaylarda baş tutur.

Kürüləmə zamanı hər iki fərd tünd moruq rəngdə olur. Bulaqçılar, həşəratlar, kürül və xırda balıqlarla qidalanır.

Dəniz yaşam dövrü 6 ay davam edir. Keçici balıq olan Kijuçlar okeanlarda qışlayır.

Berinq adasında yerləşən Sarannoe gölündə, Petropavlovsk-Kamçatskidəki Kotelnoe gölündə və Maqadan vilayətinin bəzi göllərində müstəqil populyasiya əmələ gətirirlər.

Yetkinliyə tam olaraq 4 yaşında çatırlar.

Sənaye əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kijuç qiymətli sənaye balığı sayılır. Ancaq sayları çox deyildir.

Kijuç ovunun Dünya və Rusiya üzrə göstəriciləri[2]
İl 2005 2006 2007 2008 2009 2010
Dünya üzrə ovu, min. t 19,0 18,2 17,0 22,0 20,0 20,9
Rusiyadakı ovu, min. t 0,9 1,3 3,7 3,65 3,7 4,9

Kijuç ətinin 6,1–9,5 % yağdan ibarətdir. Əti qırmızı və dadlıdır. Tərkibində Astaksatin, B1B2 vitaminləri, minerallar və mikrioelementlər vardır — dəmir, molibden, nikel, ftor, sink, xrom.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. "Мировые уловы кижуча в 2005 – 2010 годах". 2013-03-10 tarixində arxivləşdirilib. на сайте NPAFC. org

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]