Qızılbalıqkimilər (lat. Salmoniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Qızılbalıqkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Klad: Dəstəüstü: Dəstə: Qızılbalıqkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu dəstə siyənəyəbənzər əcdaddan başlanğıc götürüb. Uzunluğu 2,5 sm-dən 1,5 m-ə qədərdir. Üzgəcləri tikansızdır. Pulcuqları xırda olub bədən üzərində sıx yerləşmişdir. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrin soyuq və mötədil sularında yaşayırlar. Dəstəni 8-9 dəstəaltına, 20-30 fəsiləyə bölərək təxminən 400 növü olduğunu qeyd edirlər. Xəzərdə qızılbalıqkimilər fəsiləsinin növləri yaşayır.[3]