Kil kanalı

Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir.

Kil kanalı
Kil kanalı(Bərzəx)
Axdığı yerlər Almaniya
Mənsəb Elba
Uzunluğu
  • 98,26 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Brunsbuttel şəhərindən Kil kanalının mənzərəsi
Kil kanalı
Kil kanalının xəritəsi, 1888

Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub.

Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.

Kil kanalı həm də bərzəx hesab edilə bilər.

Şimal və Baltik dənizləri arasında ilk əlaqə Aider çayı yatağından istifadə edən Aider Kanalı idi. Aider Kanalı 1784-cü ildə başa çatdırılmış və Kiel dənizindən 175 km suyundan 43 km qərb sahilindəki Eider hövzəsinə qədər uzanmışdır. 10 m genişlikdə və 3 metr dərinliyə malik idi.

Baltik və Şimal dənizindəki hərbi bazalarının arasında qısa əlaqə qurmaq istəyən alman donanmasının hərbi-dəniz maraqlarının birləşməsi və Danimarka ətrafından gəzərək kommersiya gəmilərinin göndərməsi yeni bir kanalın(bərzəx) tikintisinə təkan verdi. Tikinti 8 il davam etdi. Tikinti işlərinə 9 min işçi qatıldı. 21 iyun 1895-ci ildə kanalı Kaiser Wilhelm II tərəfindən rəsmi olaraq açıldı. 

1907-ci və 1914-cü kanal arasında mülki və hərbi-dəniz donanması tələblərinə cavab verməsi üçün kanal genişləndirilmişdir. Kanalın genişləndirilməsi dreadnought ölçüsündəki gəmiləri kanaldan keçirmək üçün imkan verdi. Bu ən böyük müharibə gəmilərinin, Danimarkanı dövr etmək məcburiyyətində qalmadan asanlıqla və bir gün əvvəldən, Alman dəniz yolu ilə Baltik dənizindən Şimal dənizinə gəlməsi demək idi. Birinci Dünya müharibəsi və Versal müqaviləsindən sonra kanal beynəlxalq istifadəyə girmiş və alman hakimiyyəti altında olmuşdur. Adolf Hitler 1936-cı ildə kanalın beynəlxalq statusunu rədd edir. II Dünya Müharibəsi başa çatdıqdan sonra kanal beynəlxalq istifadə üçün təzədən açılır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]