Kimpo qətliamı (kor. 김포살인) - Cənubi Koreyanın şimal qərbində yerləşən Kyonqido əyalətinə daxil olan Kimpo şəhərində 1971-ci ilin 18 yanvar tarixində baş vermiş qətliam hadisəsi. Olay Cənubi Koreya ordusunun dəniz piyadaları korpusunun serjantı Kyunq-yul-Kinq (kor. 공경렬) tərəfindən gerçəkləşdirilib. Kyunq-yul-Kinq intihar etməzdən əvvəl Kimpo şəhərində rastına çıxan 6 nəfəri öldürmüş, 4 nəfəri isə yaralamışdır.[1][2]
Kimpo qətliamı | |
---|---|
Hücum yeri |
Kimpo, Kyonqido, Koreya |
Vaxt |
18 yanvar, 1971 |
Hücum üsulu | M16 və əl qumbaraları |
Həlak olanlar | 7 (qatil daxil olmaqla) |
Yaralılar | 4 |
Qatillər | Kyunq-yul-Kinq |
Hadisə baş verən gecə Kyunq-yul-Kinq içki üstündə digər serjant həmkarları ilə dava edib və hərbi bazada iki əl qumbarası partladıb.
Daha sonra yaxınlıqdakı kəndə qaçaraq, M16 silahı ilə rastına çıxan iki əsgəri və dörd kənd sakinini güllələyib. Hadisə nəticəsində digər dörd kənd sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra ərazidəki dağa qaçan dəniz piyadaları korpusunun serjantı Kyunq-yul-Kinq orada özünə atəş açaraq intihar etmişdir.[3][4][5][6][7][8][9]