Turpəng kəpənəyi

Turpəng kəpənəyi (lat. Pieris rapae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ağcalar fəsiləsinə aid olan növ

Turpəng kəpənəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Turpəng kəpənəyi
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kiçik ölçülü ağ rəngli kəpənəklərdir.

Növün arealından asılı olaraq nəsilvermə qabiliyyəti müxtəlifdir. Belə ki, Sankt-PeterburqMoskva vilayətlərində bu zərərverici 2 nəsil verir. Aşağı PovoljyevdəQafqazda bu növ 4-5 nəsil verir. ZaqafqaziyaQara dəniz sahillərinin subtropik zonasında 5 nəsil verməsi mümkün hüsab olunur. Baykal ətrafında 3 nəsil verir. Turpəng kəpənəyinin aparılan tədqiqatlar nəticəsində pup mərhələsində qışladığı müəyyən olunmuşdur.

Pup

Quba-Xaçmaz bölgəsində ilk kəpənəklər aprel ayının III ongünlüyündə uçmağa başlayır. Kəpənəklərin kütləvi uçuşu may ayının II yarısında müşahidə edilir. Mayın axırında isə I nəsil kəpənəklərinin uçuşu başa çatır. I nəsil kəpənəklərinin yumurtaqoyma prosesi may ayının II ongünlüyünə təsadüf edir və bu proses iyunun I ongünlüyündə başa çatır. Tırtılların yumurtadan çıxması may ayının 20-25-i arasında müşahidə edilir. Tırtılların yumurtadan çıxması may ayının sonu və iyun ayının I ongünlüyündə baş verir. Turpəng kəpənəyinin I nəsil puplaşması iyun ayının I ongüblüyündən başlayır və bu proses iyun ayının II ongünlüyünün sonunda başa çatır. I nəsilin dövriyyəsi 40-45 günə başa çatır. II nəsil kəpənəklər iyun ayının II ongünlüyündə uçmağa başlayır və bu proses iyulun I ongünlüyünə qədər davam edir. Bu nəslin kəpənəkləri iyun ayının III ongünlüyündə yumurta qoymağa başlayırlar və bu proses iyul ayının II ongünlüyünün sonuna qədər davam edir.

Yumurta

Yumurtadan tırtılların çıxması iyun ayının sonunda müşahidə edilir.

Tırtıl

Tırtılların kütləvi yumurtadan çıxması isə iyul ayı ərzində olur. Tırtılların puplaşması iyun ayının II ongünlüyündə baş verir və bu proses iyul ayının sonuna qədər davam edir. Bəzən puplaşma avqust ayının I ongünlüyünə qədər uzana bilir. III nəslin inkişafı əsasən iyun-iyul aylarında müşahidə olunur və 40-45 gün çəkir. III nəsil əsasən avqust ayından görünməyə başlanılır və inkişaf prosesi 30-35 gün davam edir.[2]

Turpəng kəpənəyi MDB məkanında ən geniş yayılmış növ olub, Rusiyanın Avropa hissəsində, Sankt-Peterburq, Moskva vilayətlərində, Aşağı Povoljyevdə, Qafqazda kütləvi halda çoxalır. Turpəng kəpənəyi Şimali Amerikada, Paliartktikada, Böyük BritaniyadanKanar adalarından başlamış ÇinYaponiyada, Cənubda isə Şimali AfrikadaFələstində yayılmışdır. Azərbaycanda Gəncə-Qazax zonalarında, Quba-Xaçmaz bölgəsində yayılmışdır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.
  3. Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, -388 səh.
  • Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.
  • Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, -388 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]